Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:40

Apellyasiya məhkəməsi İntiqam Əliyevi həbsdə saxladı


İntiqam Əliyevin həbs-qətimkan tədbiri dəyişdirilmədi
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

-

Avqustun 13-də Bakı Apellyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyevin şikayətinə baxılıb.

Apellyasiya birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq hüquq müdafiəçisinin şikayətini təmin etməyib.

Vəkillərin məhkəməyə təqdim etdiyi apellyasiya şikayətində həbs-qətimkan tədbirinin ləğv olunması istənilirdi.

İntiqam Əliyev çıxışında həbs edilməsinin səbəblərindən birinin Avropa Məhkəməsinə göndərilən şikayətlərin qarşısını almaq olduğunu deyib. O, məhkəmələrdən ədalət gözləmədiyini qeyd edib:

«Dəyərli vəkil dostlarımdan fərqli olaraq Sizdən həbsimin dəyişdirilməsini xahiş etmək fikrim yoxdur. Çünki Sizdən ədalətli qərar gözləmirəm. Bu məhkəmələr övladlarımızın, o cümlədən sizlərin övladlarının dinc şəraitdə orduda öldürülməsinə etiraz etdiklərinə görə ölkənin ən işıqlı gənclərinə - Zaura, Rəşadətə, Rəşada, İlkinə və digərlərinə 7-8 il iş kəsən məhkəmələrdir. Bu məhkəmələr jurnalistlərin, din xadimlərinin, gənc fəalların cibinə narkotik atanların tələbi ilə ölkənin ən işıqlı insanlarını – Mirzə Sakiti, Mövsüm Səmədovu, Cabbar Savalanlını, Əbdül Əbilovu, Ömər Məmmədovu həbsə atan məhkəmələrdir. Bu məhkəmələr deputat yerlərini 1 milyona satanlara vasitəçilik edənləri qısa müddətdən sonra həbsdən buraxıb, həmin seçkiləri saxtalaşdıranları ifşa edən, saxtakarlıqları qeydə alan, onları dünyaya yayan Anar Məmmədlini, Bəşir Süleymanlını uzunmüddətli həbsə atan məhkəmələrdir. Bu məhkəmələr adi bir yol hərəkəti qəzasına görə ölkənin ən dəyərli hüquqçularından, vəkillərindən birinə adam öldürəndən ağır cəza kəsən məhkəmələrdir. Bu məhkəmələr bu insanları siyasi məhbus saydığına görə, onların səsini Avropa Şurasından, digər nüfuzlu beynəlxalq təşkilatların tribunasından səsləndirdiyinə görə Azərbaycanın satqın mediası, QHT-ləri, partiyaları tərəfindən «erməni agenti» damğası ilə cinayət məsuliyyətinə cəlb edilən Leyla Yunusu, «Avrovizion»da mahnını «insan haqları naminə oxu» deyə kampaniya təşkil etdiyinə görə Rəsul Cəfərovu həbsə atan, ölkənin ən nüfuzlu təşkilatlarının saxta ittihamlarla qapadılmasına qərar verən məhkəmələrdir.

Hakimiyyət elə bilirdi ki, İntiqam Əliyevi və əqidə yoldaşlarını həbs etdirməklə insanları susdura biləcək. Bu həbslərlə susdura bilməzsiniz».

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

«Amnesty International» hesab edir ki, bu həbs İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. «Amnesty International» onu vicdan məhbusu hesab edir».

XS
SM
MD
LG