Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:28

«Mərhələli həll tərəflər üçün məqbul variantdır»


Nazirlər BMT Baş Assambleyasında çıxış etdi
Nazirlər BMT Baş Assambleyasında çıxış etdi

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri BMT Baş Assambleyasının 61-ci sessiyasında çıxış ediblər. Elmar Məmmədyarov sessiyadakı çıxışına islahatlar və qlobal məsələlərə münasibətiylə başladı. Nazir Qarabağ münaqişəsi ətrafında yaranmış hazırkı vəziyyət barədə BMT Assambelyasına məlumat verdi.


Cənab Mmmədyarov bildirib ki, Ermənistanın üzbəüz görüşlərdən və problemlərin həllinə konstruktiv yanaşmadan imtina etdiyi bir vaxt danışıqlarda ciddi irəliləyişin olmasına ümid etmək çətindir. Azərbaycanlı nazir həmçinin Ermənistanı Qarabağdakı separatçı rejimin təbliğatını aparmaqda, işğal altında saxladığı ərazinin tarixi keçmişi və guya ki, demokratik və iqtisadi uğurları barədə əfsanələr yaymaqda suçlayıb.


Elmar Məmmədyarov deyib ki, münaqişənin nizamlanması prosesində mühüm inkişaf olmasa da, tərəflər və vasitəçilər münaqişənin mərhələ-mərhələ həllini ən məqbul variant kimi qəbul edirlər. Tərəflərin razılaşmadığı iki əsas məsələ var.


Elmar Məmmədyarov deyib ki, münaqişənin nizamlanması prosesində mühüm inkişaf olmasa da, tərəflər və vasitəçilər münaqişənin mərhələ-mərhələ həllini ən məqbul variant kimi qəbul edirlər.

Bunlar işğal altında olan Dağlıq Qarabağ regionundakı əhalinin özünüidarəetmə statusunun nədən ibarət olması və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsidir.


Məmmədyarovun sözlərinə görə, «tərəflər statusun bu gün müəyyən edilməsinin qeyri-mümkün olması faktından çıxış edirlər. Status Dağlıq Qarabağ regionunun Azərbaycan və erməni icmasının iştirakı və razılığı əsasında, dinc, demokratik və qanuni proses yolu ilə müəyyən edilməlidir. Bunun üçün işğalçı qüvvələr işğal etdikləri ərazilərdən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara təhlükəsiz qayıtmaları üçün lazım olan şərait yaradılmalıdır».


Məmmədyarovun sözlərinə görə, hadisələrin bu cür inkişafı nizamlamanın növbəti mərhələsi üçün lazım olan şərtlərin əsasını qoya bilər. O, bir daha vurğulayıb ki, Azərbaycanın mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına əsaslanır. «Bu qərarlar işğalçı qüvvələrin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün bərpasını tələb edir».


Azərbaycanın XİN başçısı həmçinin bildirib ki, Ermənistanla müqayisədə regionun dinamik inkişafı qarşıdakı 5-10 ildə daha da aydın görünəcək: «Ermənistana regional və çoxmilli layihələrə qoşulmaq şansı verilməlidir. Lakin, bundan əvvəl Yerevan qonşuları ilə normal əlaqələr yaratmaq üçün bir sıra addımlar atmalıdır».


Vardan Oskanyanın sözlərinə görə «Azərbaycan Qarabağa nəzarət etmək üçün mənəvi haqqını itirib»
Xarici İşlər naziri Məmmədyarov terrorçuluğu pisləyərək bir daha bəyan edib ki, Azərbaycan qlobal terrorçuluğa qarşı birgə mübarizəyə sadiq qalır. Eyni zamanda o Azərbaycanın terrorçuluğu islam dini, mədəniyyəti və ya xalqları ilə əlaqələndirilməsi cəhdlərindən dərindən narahat olduğunu deyib. Nazir qeyd edib ki, Azərbaycan İslam Konfransı Təşkilatının Nazirlər Şurasının sədri kimi dünya üzrə İslam dininin qaydaları və dəyərləri barədə ictimai biliyin artırılmasına böyük önəm verir. Məmmədyarov Azərbaycandakı siyasi və iqtisadi islahatlar barədə də məlumat verib.


Elmar Məmmədyarovdan qabaq Ermənistanın Xarici işlər naziri Vardan Oskanyan çıxış edib. Oskanyan Qarabağ münaqişəsi barədə danışarkən Ermənistanın Kosovodakı öz müqəddəratını təyinetmə prosesinə maraq göstərdiyi bildirib. Onun sözlərinə görə, Yerevan buna oxşar prosesi Dağlıq Qarabağdakı əhali üçün müvafiq hesab edir.


Oskanyanın sözlərinə görə, Dağlıq Qarabağdakı əhali Azərbaycan tərəfindən idarə olunmaq istəmədiyini bildirib. Onun ifadəsi ilə desək, «Azərbaycan Qarabağa nəzarət etmək üçün mənəvi haqqını itirib».


Oskanyan bildirdi ki, Ermənistan danışıqlar masasının üstündə olan sənədi, o cümlədən sənəddə olan bütün prinsipləri qəbul edib. O, Azərbaycanı iki dəfə sülh sazişini rədd etməkdə günahlandırdı. Onun sözlərinə görə, Azərbaycan artıq 3-cü dəfə bunu etməyə çalışır. O, problemin hərbi yolunun qəbulolunmaz olduğunu da vurğulayıb. Oskanyan bildirdi ki, konfliktin həlli üçün yeganə variant realizm və güzəştdən keçir. O, Qarabağ ermənilərinin seçdiyi yoldan dönməyəcəyini bildirib.


XS
SM
MD
LG