Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:50

İslamda baş kəsmək və əsirlər


Jurnalist James Foley-in İŞİD tərəfindən edamı
Jurnalist James Foley-in İŞİD tərəfindən edamı

-

Moskvada dayəlik etdiyi uşağın başını kəsməsini, öz qəddar hərəkətini İslamla əlaqələndirməyə çalışan özbək qadının məhkəməsi davam edir.

Br müddət əvvəl "İslam və demokratiya" layihəmizdə dərc edilmiş "İslamda baş kəsmək və əsirlər" yazısını yenidən çap edirik.

İSLAMDA BAŞ KƏSMƏK VƏ ƏSİRLƏR

İŞİD (İraq və Şam İslam Dövləti) təşkilatının öncə James Foley, ardınca isə bu həftə Steven Sotloff adlı amerikalı jurnalistlərin başlarını kəsib edam etdiyi görüntüləri yayması dünyanın başqa yerlərində olan müsəlmanları da qıcıqlandırıb.

ABŞ, Britaniya və Avropanın başqa yerlərindəki müsəlman icmaları mətbuat konfransları keçirib, İŞİD-in edamlarının islama aidiyyatı olmadığını, onların sadəcə quldur və cinayətkar kimi davranıb, İslamın adına ləkə gətirdiklərini bildirən bəyanatlar verirlər. Məsələn, Amerika İslami münasibətlər Şurası yaydığı bəyanatda İŞİD terrorçularının müsəlman olmadıqlarını, əksinə İslamn özünə də qarşı çıxan cinayətkarlar olduğunu bildirib. Oxşar bəyanatla ötən aydan Britaniya və başqa yerlərdəki müsəlman icmaları da çıxış edir.

İŞİD və onun kimi radikal terrorçu qruplar isə onları xəvaric və təkfirçi elan edən bu cür təşkilatların özlərini Qərbə satılmaqda ittiham edir və müsəlman saymır, elədikləri edamları isə İslamla əsaslandırırlar.

Bəs İslam nə deyir?

Əsirlərlə davranış və girovların başlarının kəsilməsi məsələləri islama görə necə nizamlanır? Məsələn, Azərbaycanlı bir internet istifadəçisi bununla bağlı bir araşdırma aparmaq istəsə, və bundan ötrü bütün müsəlmanların şəkk gətirmədiyi mənbələr - Quran və Məhəmməd peyğəmbərin həyatını araşdırmaq istəsə, nə öyrənəcək?

BƏDR DÖYÜŞÜ – İLK ƏSİRLƏR

Ümumilikdə müsəlmanların əsirlərlə bağlı davranışı 624-cü ildə Bədr döyüşündən sonra formalaşıb.

Məhəmməd peyğəmbər islamı yaymağa başladığı vaxt davamçılarının əsirlərə qarşı daha həssas olmasını və onlarla yaxşı rəftar edilməsini istəmişdi.

Bədr döyüşündən sonra peyğəmbərin əsirlərə qarşı davranışı ilə bağlı bir sıra rəvayətlər var.

ƏSİRLƏRİN QANPULU QARŞILIĞINDA AZAD OLUNMASI

Həmin savaşdan sonra Məhəmməd peyğəmbər seçim qarşısında qalıb: Ya əsirlərin qarşılığında qanpulu alıb, onları azad etmək (Hz. Əbu-Bəkrin təklifi); ya əsirləri edam etmək (Hz. Ömərin təklifi) təklif olunub.

Məşvərətdən sonra Peyğəmbər qərar verib ki, qan pulu müqabilində əsirləri azad edəcəklər. Qan pulu ödəyə bilməyənlərin on müsəlman gəncə oxuyub-yazma öyrətməsi və bunun müqabilində azad edilməsi, nə pulu, nə də təhsili olmayan əsirləri isə bundan sonra müsəlmanlıq əleyhinə danışmamaq və İslam əleyhinə olanlara kömək etməmək şərti ilə sərbəst buraxılması nəzərdə tutulurdu.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Peyğəmbər əsirləri Mədinəyə aparır və yolda onlarla insani rəftar etməyi tapşırır.

YEMƏYİN YAXŞISNI ƏSİRLƏRƏ VER

Döyüşdə əsir düşən, sonralar müsəlman olan Əbu Zeyd xatırlayırdı ki, "O gün mən də Mədinəyə gətirilən əsirlər arasında idim. Yemək vaxtı gələndə səhabələr Rəsulullahın tövsiyəsinə əməl edib əllərindəki çörəyi əvvəlcə mənə verir, özləri isə xurma ilə aclıqlarını yatırmağa çalışırdılar. Hətta onlardan biri o gün əlindəki çörəyi mənə verincə onu yeməkdən həya edir və çörəyi yanımda olan başqa birisinə verirdim və çox vaxt həmin çörək yenidən mənə qayıdırdı".

ƏSİRLƏRƏ İŞGƏNCƏ VERMƏMƏ

Başqa bir əhvalata görə, Məkkədən əsirlərin Mədinəyə gətirildiyi ilk gecə Məhəmməd peyğəmbərin gözünə yuxu getmir, səhərəcən yata bilmir. Bunu hiss edən bəzi səhabələr yuxusuzluğunun səbəbini soruşanda bu cavabı eşidirlər: – Abbasın (Bədr döyüşündə əsir düşən Məhəmməd peyğəmbərin doğma qohumu) iniltisi məni yatmağa qoymadı! Bunu eşidən bir səhabə dərhal yerindən qalxır və Abbasın yanına gəlib qollarını açır. Bir müddət sonra Məhəmməd peyğəmbər soruşur: – Abbasın iniltilərini niyə eşitmirəm? Abbasın bağlarını açan səhabə irəli çıxır və: “Mən onun bağlarını açdım, ya Rəsulallah, – deyir. Bunu eşidən Peyğəmbərinin üzü gülür, eyni zamanda Abbasın bağlarını açan səhabəyə bütün əsirlərin bağlarını açmağı tapşırır.

ƏSİRLƏRİN EDAM OLUNMASI – ƏNFAL SURƏSİ

Sonradan xəlifə olan Ömər əsirlərin öldürülməsinə tərəfdar olsa da, Məhəmməd peyğəmbərin əsirləri qan pulu müqabilində azad olunması qərarını yekunda qəbul etmişdi. Aradan bir gün keçmiş, Ömər Peyğəmbərin hüzuruna gəlir və Məhəmməd peyğəmbəri Əbu Bəkrlə yanaşı məyus görür və səbəbini soruşur.

Məhəmməd peyğəmbər ona əsirlərlə bağlı yeni bir vəhy gəldiyini deyir, həmin vəhylərdə düşmən əsgərlərinin müharibə bitməyənə qədər qan pulu müqabilində azad olunması qadağan olunur.

Ənfal surəsi

67. Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

70. Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah (Öz əzəli elmi ilə) ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!

71. Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

73. Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər).

CİHADÇILARIN YOZUMU

Özlərini cihadçı elan edən radikallar Ənfal surəsini əsas gətirərək girovların öldürülməsinə haqq qazandırsalar da, islam araşdırmaçıları bu surənin sadəcə, “düşmən əsgərlərini ya döyüş meydanında öldürün, əsir düşənləri isə müharibə bitməyənə qədər azad etməyin!” mənasına gəldiyini yazır.

BOYUN VURMAQ – MÜHARİBƏ MEYDANI, YA ƏSİRLƏRİN EDAMI?

Quranın başqa bir surəsi - Məhəmməd surəsinin 4-cü ayəsində yazılanlar da, əsirlərin dərhal edam edilməsi kimi fikrə qarşıdır. Bu surədə də, boyun vurmaq – öldürmək əmri ancaq döyüş meydanına şamil olunur. Üstəlik, əsirlərin müharibə sonuna qədər saxlanmasından söz gedir.

Məhəmməd surəsi

4. Ey möminlər ! Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.

ƏSİRLƏRİN AZAD OLUNMASI

Quranda İslam tarixində sonradan baş verən Hüdeybiyyə sülhünün əldə olunmasında Məhəməd peyğəmbərin əsirlərə mərhəmət göstərməsindən də danışılır. Fəth surəsində Hudeybiyyə döyüşündə Məhəmməd peyğəmbərin əsirləri azad etməsi və məhz bu mərhəməti üzündən sülh sazişi bağlanmasının Allahın iradəsi olduğu bildirilir.

Fəth surəsi

24. Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hüdeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiklərinizi görəndir!

OĞURLANMIŞ GİROVLAR MÜHARİBƏ ƏSİRİDİRMİ?

Adi bir istifadəçi kimi oxuyanda görmək olur ki, Quranın heç bir ayəsi İŞİD, Taliban və Al-Qaeda kimi terror təşkilatlarının zaman-zaman jurnalistləri, humanitar yardım təşkilatlarının işçilərini, Qərb dövlətlərindən gələn diplomatları və ya adicə sakinləri girov götürüb, sonradan onları “əsir kafir” olaraq edam etməsinə də haqq qazandırmır.

Amerika Müsəlmanları Şurası və Britaniya Müsəlmanları şurasından başqa İran, İraq, Misir və başqa ölkələrdəki sələfi və cəfəri məzhəblərinin də din xadimlərinin birləşdiyi nöqtələrdən biri də məhz budur ki, özlərini cihadçı elan edən qruplar müharibədə onlara qarşı birbaşa döyüşdə iştirak eləməyən bitərəfləri “müharibə əsiri kimi göstərib, onlara işgəncə verməsi və ya edam etməsi” ilə artıq İslama zidd gedirlər.

Buna da bax

Manat yenə ucuzlaşacaq?
Gözlə

No media source currently available

0:00 0:14:42 0:00

XS
SM
MD
LG