Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:46

Leyla Yunus Saxarov mükafatına nominasiya edildi


 Leyla Yunus
Leyla Yunus

-

İraqdan olan professor və xristian din lideri, Azərbaycandan insan haqları müdafiəçisi, Ukraynanın Avromeydan hərəkatı – bunlar Avropa Parlamentinin 2014-cü il üçün Saxarov mükafatına nominasiyalarıdır.

MEYDAN DA İNSAN KİMİDİR

Saxarov mükafatı bir qayda olaraq azad düşüncəyə sahib olanlara verilir.

Məsələn, İraqdan olan iki namizəd - Mahmud Al 'Asali və Babilistan xald katolik patriarxı Louis Raphael Sako belə şəxsiyyətlərə misal ola bilərlər. Onların hər ikisi İraqda xristianların təqibinə qarşı açıq etiraz bildiriblər. Asali ötən iyulda öldürülüb.

Ukraynadakı Avromeydan hərəkatı bir neçə avropapərəst nümayişlərdən yaranıb və sonunda prezident Yanukovych-i devirib.

BARIŞIQ AXTARIRDI, XƏYANƏTDƏ İTTİHAM OLUNDU

Nominasiya edilənlərin arasında Azərbaycanın da nümayəndəsi var. İnsan haqları fəalı Leyla Yunus hazırda həbsxanadadır.

O Ermənistan və Azərbaycan cəmiyyətləri arasında barışığa yönəlik iş aparırdı, lakin dövlətə xəyanətdə ittiham olundu.

Nominasiyalar sentyabrın 23-də Avropa Parlamentinin Xarici İşlər və İnkişaf komitələrinin, habelə İnsan haqları alt komitəsinin Brüsseldə keçirilən birgə iclasında müzakirə olunub.

Ulrike Lunacek
Ulrike Lunacek

AP-nin Avstriyalı üzvü Ulrike Lunacek Leyla Yunusun namizədliyini təqdim edərkən deyib:

“O həyat yoldaşı ilə birlikdə iyulun 30-da həbs edilib. Bundan bir gün əvvəl prezident Əliyevə yazdığı açıq məktubda sual edirdi: “Siz nədən qorxursunuz, cənab prezident?” Elə buna görə də ertəsi gün onu qorxutdular. O vaxtdan bəri həbsxanadadır. Onunla heç bir kommunikasiya yoxdur. BMT nümayəndələrinin həbsxanaya baş çəkdiləri zaman Leyla Yunusun üstünə bir kamera yoldaşı bir neçə dəfə hücum çəkib. Onun ailəsi və ya vəkili ilə heç bir əlaqəsi yoxdur. Bu qadağan edilib. Onun səhhəti pisləşməkdədir. Onu nominasiya edənlər əmindirlər ki, Leyla Yunus Saxarov mükafatına layiqli namizəddir və hazırda müdafiə olunmağa ehtiyacı var”.

"LEYLA YUNUS MUASİR SAKHAROVDUR "

Ulrike Lunacek çıxışına belə davam edib:

“Azərbaycan enerji ilə zəngin ölkədir və bizim üzv ölkələrimizdən bəzilərinin Azərbaycanın neftinə və qazına ehtiyacı var. Bu həm də bizim üçün bir sınaqdır ki, xarici siyasətimizə iqtisadi maraqlar, neft maraqları, qaz maraqları yox, insan haqları rəhbərlik etsin. Azərbaycanın insan haqları fəalları Leyla Yunusa bir simvol kimi baxırlar. Onların bizim diqqətimizə ehtiyacı var, mən sizdən, həmkarlarımdan rica edirənm ki, cəsarətli olasınız. Gəlin,cəsarətli olaq və qonşuluğumuzdakı, çox da uzaq olmayan bu məkana işıq salaq. Ümumən, bu bizim, bizim çoxumuzun diqqətindən kənarda qalmış bir məsələdir”.

"Andrei Sakharov bir növ sovet Qoliafına qarşı vuruşan Davud kimi idi. O dövlət sistemi ilə tənha və təcrid olunmuş qəhrəman kimi mübarizə aparırdı, - deyib Lunacek, - bu mənada Leyla Yunus müasir Sakharov-dur. O bugünün repressiv Azərbaycanında, öz mübarizəsində tənhadır”.

Avropa Parlamenti komitələri nominasiyaların qısaldılmış siyahısını gələn ay tərtib edəcək.

Pul dəyəri 50 min avro olan Saxarov mükafatı hər il insan haqları fikir azadlığının müdafiəçisinə təqdim olunur.

XS
SM
MD
LG