Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:30

AB son əfv fərmanını alqışlayır və... dialoqa çağırır


AB bayrağı
AB bayrağı

-

Avropa Birliyinin vitse-prezidenti Catherine Ashton və qurumun Genişlənmə komissarı Štefan Füle-nin sözçüləri oktyabrın 20-də yaydıqları bəyanatda prezidenti İlham Əliyevin son əfv sərəncamını alqışlayıblar:

«Biz prezident İlham Əliyevin 4 vətəndaş cəmiyyəti fəalı daxil olmaqla 80 məhbusu azad etməsini alqışlayırıq. Biz bu əfvi son aylar davam edən prosesin əksinə yönəlmiş müsbət addım sayırıq. Azərbaycan hakimiyyətini bu addımı davam etdirməyə, amnistiyanı vətəndaş cəmiyyəti təşkilatlarının hazırda həbsdə olan digər üzvlərinə da aid etməyə çağırırıq».

ƏN YAXŞI YOL

Bəyanatda daha sonra deyilir:

«AB ilə Azərbaycan arasında münasibət bizim üçün vacibdir. Bu münasibətlərin hər iki tərəfə fayda verəcək ciddi potensialı var. Azərbaycanın sabit, təhlükəsiz və firavan gələcək qurmaq arzusunu bölüşürük. İnanırıq ki, Azərbaycanın Avropa Şurasının üzvü və hazırkı sədri kimi öhdəliklərinə uyğun, açıq və hərtərəfli milli dialoq bu məqsədə aparan ən yaxşı yoldur».

Son aylar Azərbaycanda bir sıra hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalının həbsi beynəlxalq qurumların, o cümlədən Avropa Birliyinin qınağına səbəb olub.

Son əfv sərəncamı ilə adı siyasi məhbus siyahısına salınmış 4 nəfər də azadlığa çıxıb.

XS
SM
MD
LG