Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:42

Rauf Arifoğlu: «Bir kəndirbaz 25 ildir ki, uçurumun üstündədir»


“Yeni Müsavat” qəzeti 25 yaşını qeyd edir
“Yeni Müsavat” qəzeti 25 yaşını qeyd edir

-

“Milli Şuranın keçirdiyi piket deyil, bir qrup insanın çox biabırçı, aşağı səviyyəli yığıncağı idi. Orda çox az adam vardı. Əksəriyyəti də hüquq-mühafizə orqanlarının əməkdaşları və jurnalistlər idi”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın noyabrın 9-da keçirdiyi mitinqə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, mitinqdə səslənən fikirlər yalan və böhtandır. S. Novruzov mitinqdə eyni adamların iştirak etdiyini deyib:

Bakı, Milli Şuranın mitinqi. 9 Noyabr, 2014-cü il
Bakı, Milli Şuranın mitinqi. 9 Noyabr, 2014-cü il

“Bir qrup insan toplaşıb, bir il bundan qabaq nə demişdilərsə, hansı şüarlarla gəlmişdilərsə, elə də çıxış elədilər. İstər çıxışçıların, istərsə də iştirakçıların səviyyəsi o qədər aşağı idi ki, adam baxanda xəcalət çəkirdi. Bunlar elə bil aydan gəliblər və bu cəmiyyətdə yaşamırlar. Mitinqdəki insanların sayı ona görə az olub ki, onları hamı tanıyır. Bilirlər ki, bunlar ikiüzlü, riyakar və satqın insanlardır. Müəyyən dairələrin, erməni lobbisinin vəsaitləri hesabına gəlib mitinq edirlər”.

REGİONDA ƏHALİNİN PULU YOXDUR, YOXSA BANKLARA İNANMIRLAR?

Paytaxtla regionlar arasında bank əmanətlərinin fərqi azalmır. Azərbaycan Milli Bankının məlumatına görə, 1 oktyabr üçün əhalinin əmanətlərinin 93 faizi Bakının payına düşür. Onların əmanətləri 6 milyard 430 milyon 8,7 min manat, orta faiz dərəcəsi isə 8,1 faizdir.

İqtisadçı-ekspert Nemət Əliyev “Azadlıq” qəzetinə deyir ki, banklar mərkəz olaraq Bakıda yaranıb. Sonrakı dövrdə isə daha çox müştəri cəlb etmək, kommersiya maraqları üçün kənd rayonlarında filiallarının sayını artırıb. Ekspertin sözlərinə görə, bankların paytaxtda yerləşən mərkəzi ofisləri daha öncədən fəaliyyət göstərdiyi üçün maliyyə vəsaitləri və yerləşdirilən əmanətləri daha çoxdur:

“Bu amillər də təsir edir. Psixoloji amillər də burada rol oynayır. Əhali mərkəzi ofislərin daha çox etibarlı olması haqqında düşüncələrə qapılıb. Təəssüf ki, Azərbaycanda belə bir psixoloji faktorlar var”.

“O ZAMAN BİLMƏZDİK, BU HEKAYƏNİN 25 İLLİK DAVAMI VAR...”

Noyabrın 10-da “Yeni Müsavat” qəzeti 25 yaşını qeyd edir. Qəzetin baş redaktoru və təsisçisi Rauf Arifoğlu qəzetə müsahibəsində deyir:

– Qəzetdə bizim ən yüksək tirajımız 30 min civarında olub. Bu gün 100 min civarında saytımıza giriş var. Qəzetimizin real tirajının 3-4 misli qədər yazılarımız oxunur. Bunları görür, ona görə də diqqət ayırıram. Hesab edirəm ki, medianın gələcəyi “new media”dadır və ona diqqət ayırmaq lazımdır. Burda həm də videolu, görüntülü müsahibələr etmək olur. Məsələn, bu gün ilk dəfədir ki, 25 illik tariximiz boyunca videolu müsahibə verirəm. Bu, bizim 25 ildə gəlib çıxdığımız nöqtədir. Bəzi siyasətçilər demiş, “nereden nereye”... (gülür)

- Bir az poetik desək, “Yeni Müsavat” gəmisinin batmaması üçün hansı qurbanlar verirsiz, nə kimi güzəştlər edirsiz? Bayaq iqtidarın aqressiyası, müxalifətin kaprizlərindən danışdız. Bu şəraitdə nələr edirsiz ki, qəzet yarı yolda qalmasın?

- Təsəvvür edin ki, böyük bir uçurumun üstündən bir ip atılıb və bir kəndirbaz 25 ildir ki, orda hərəkət edir. Mən o vəziyyətdəyəm - kəndirbazın uçurumun üstündəki vəziyyətində. “Yeni Müsavat”ın baş redaktoru olmaq, bu deməkdir. Azacıq sağ-sola çıxmalar, ehtiyatsızlıq, diqqətsizlik hər şeyin sonu ola bilər. Olduqca çətin, məsuliyyətli missiyadır. Çoxlu qurban tələb edən, ilk növbədə öz yaradıcılığına sui-qəsdi tələb edən bir işdir, bunu deməliyəm.

AZƏRBAYCAN ŞƏRABI 12 ÖLKƏ ŞƏRABI İÇİNDƏ BİRİNCİ OLDU

Arxiv foto
Arxiv foto

Yaponiyalı dequstatorlar anonim olaraq təqdim edilən 12 ölkənin şərabları arasından məhz Azərbaycan şərabını seçiblər. Bu seçim ölkənin “BS Japan” televiziya kanalının şərabsevərlər arasında məşhur olan “Genesis” proqramında aparılıb. Xəbəri AzərTac yayıb.

Tanınmış somelye, aktyor Tatsumi Takuronun apardığı verilişin qonağı olan manqa rəssamı Şeyzo Vataşeyə və yazıçı Eri Muraokaya axşam yeməyi üçün dünyanın şərab istehsalında tanınmış ölkələrinin məhsullarından ikisini seçmək təklif olunub. Fransa, Argentina, İspaniya, İtaliya, Kolumbiya, Avstraliya, ABŞ, Yaponiya, Yeni Zelandiya, Cənubi Afrika Respublikası və Azərbaycana məxsus içkilər arasından dequstatorlar Azərbaycan və Avstraliya şərabını seçiblər.

XS
SM
MD
LG