Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:49

Xədicə İsmayıl həbsxanadan məktub göndərib


Xədicənin məhbəsdən yazdığı məktub
Xədicənin məhbəsdən yazdığı məktub

- Dekarbın 5-də həbs olunan araşdırmaçı jurnalist Xədicə İsmayıl məhbəsdən Yeni il təbriki göndərib. Öz dostarı və həmfikirlərinə ünvanladığı məktubda jurnalist onları tutduqları yoldan dönməməyə çağırır

Mənim əzizlərim, dostlar.

İstintaq təcridində olsam da, fikirlərimi həbs edə bilməzlər, onlar sizinlədir. Təəssüf etdiyim yeganə məsələ varsa o da sizə kömək etmək imkanından məhrum olmağımdır. Axı siz çox vacib bir iş görürsünüz - əzilən insanlara həyan durursunuz. Bütün məsləkdaşlarımızla birlikdə hamınızın Yeni ilini təbrik edirəm.

Mən Yeni ili ədalət və həqiqətin qələbə çalacağına böyük ümidlərlə qarşılayıram. Bizim işimiz həqiqəti söyləməkdir, həbslər və təzyiqlər isə onun bir hissəsidir.

Mənim həbsim dir daha sübut edir ki, can atdığımız dəyişiklilərin həyata keçməsinə nail olmalıyıq, elə bir reallıq əldə etməliyik ki, həqiqət həyat norması olsun, doğru danışmaq üçün qorxuya qalib gəlməyə ehtiyac qalmasın.

Siz yaxşı bilirsiniz ki, məni niyə həbs ediblər. Əsl səbəb korrupsiya hallarını üzə çıxarmağımdır. Zülmkar rejimin haqsızlıqlarına qarşı durmağın ən təsirli yolu da məhz onun korrupsiya cinayətlərinin araşdırilması, əzilən insanların hüquqlarının müdafiə olunması işini davam etdirməkdir. Bəli, bu iş bizə baha başa gəlir, amma onu görməyinə dəyər.

Nazim Hikmətin yazdığı kimi,

Düşməsin bizimlə yola:

evində ağlayanların

göz yaşlarını

boynunda ağır bir

zəncir

kimi daşıyanlar!

Möhkəm olun! İşimiz davam edir.

Yeni araşdırmalar, insan haqları və ədalətin müdafiəsi uğrunda yeni səylər, budur sizə Yeni il arzularım!

Xədicə İsmayıl.

Kürdəxanı təcridxanası

13 dekabr 2014

Məhbəsdəki Xədicəyə sualın varsa, şərh kimi foruma göndər, vəkil vasitəsilə ona çatdıraq.
XS
SM
MD
LG