Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:29

Xədicə İsmayıla yaxınları ilə görüşə icazə verilmir


Araşdırmaçı jurnalist Xədicə İsmayıl
Araşdırmaçı jurnalist Xədicə İsmayıl

-

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Xədicə İsmayıla yaxınları ilə görüşə icazə verilmir. Bu haqda AzadlıqRadiosuna jurnalistin anası Elmira İsmayılova məlumat verib. O bildirir ki, görüş üçün bir neçə dəfə təcridxana rəhbərliyinə müraciət etsələr də nəticəsi olmayıb:

«Görüş üçün Xədicə də, biz də müraciət etmişik. Bizə deyiblər ki, vəkil müraciət etməlidir. Vəkil də neçə vaxtdır yazıb, cavab vermirlər. Həftədə bir dəfə yemək aparırıq. Hər dəfə görüş haqda soruşanda deyirlər ki, bu iş vəkillikdir. Xədicə ilə yalnız həftədə iki dəfə telefonla əlaqə saxlaya bilirik. Təkcə telefonla olmur. Qanunla görüş verilməlidirsə, bunu etməlidirlər».

Vəkil Yalçın İmanov Xədicə İsmayıla ailəsi ilə görüşə icazə verilməməsini qanuna zidd sayır:

«Qanuna görə, təqsirləndirilən şəxsə ailə üzvləri və yaxınları ilə ayda 4 dəfə görüşmək icazəsi verilir. Bu, qanunun tələbidir. Bir də yalnız müstəntiqin görüş hüququnun məhdudlaşdırılması qərarı olduqda icazə olmaya bilər. Amma belə bir qərar da yoxdur. Bu halda Xədicə İsmayılın yaxınları ilə görüşünə faktiki qadağa qoyulması tam qanunsuz və əsassızdır».

Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə indiyə kimi yaydığı açıqlamalarda həbsdə olan məhbuslara qanunun tələblərinə uyğun şərait yaratdıqlarını, o cümlədən onların ailə üzvləri ilə vaxtlı-vaxtında görüşmək hüquqlarının təmin olunduğunu qeyd edirlər.

Yanvarın 20-də Xədicə İsmayıl bir günlük karserə salınıb, onun kamerasında isə yoxlama aparılıb.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Jurnalist prezident ailəsinin biznesi haqda araşdırmaların müəllifidir.

XS
SM
MD
LG