Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:40

Neftçaladakı balıq bazarı yenə mühasirədədir


Balıq bazarı
Balıq bazarı

-

«Səhər saat 8-dən tökülüblər bazara, cərimələmədikləri satıcıların siyahısını tuturlar. İndi də onları məhkəməyə verəcəklər ki, cərimələsinlər».

Neftçaladakı balıq bazarının sahibinin qardaşı Zakir Fərziyev AzadlıqRadiosunun «Qaynar xətt»inə zəng vuraraq bildirib ki, yerli məmurlar səhər saatlarından qardaşı Məhəmməd Fərziyevə məxsus balıq bazara gəliblər. Bazarın fəaliyyətinin dayandırılmasını tələb ediblər:

«ZİBİLLƏRİN DAŞINMASI ÜÇÜN DƏFƏLƏRLƏ MÜRACİƏT ETMİŞİK»

«Başçının kənd təsərrüfatı üzrə müavini Əlikömək Babayev, şəhərin icra nümayəndəsi, şəhər bələdiyyəsi, «sanepidemstansiya»nın müdiri, baytarlıq idarəsinin işçiləri – hamısı tökülüb bazarın canına. 1 nömrəli məktəbin müəllimini də özləri ilə gətiriblər, əlində kamera bazarda çəkiliş aparır. Çəkdiyi də bazar ətrafındakı zibilliklərdir. Halbuki, həmin zibilliklərin daşınması üçün icra hakimiyyətinə və bələdiyyəyə dəfələrlə müraciət etmişik. Başçı özü göstəriş verib ki, bazarın ətrafı təmizlənməsin, zibillər daşınmasın. Bu yolla da üstümüzə natəmizlik şəraitində fəaliyyət damğası vurub istəyinə çatsın».

«BAŞÇI HEÇ NƏ ALMIR, HƏR ŞEYƏ PULSUZ SAHİB OLUR»

Zakir Fərəcovun dediyinə görə, iş o dərəcəyə çatıb ki, indi özləri də bazarı satmaq qərarına gəliblər:

«Əvvəllər belə fikrimiz yox idi, düşünürdük ki, əlimizdə əmlakdır, ticarət yeridir, çörək yeridir. Ancaq görürük ki, əl çəkmirlər, hər yola əl atırlar ki, burdan çıxaq. Özüm də başçıya xəbər yollamışam ki, almaq istəyirsə, buyursun, sataq ona. Ancaq cavab gəlib ki, başçı hələ indiyədək heç nəyə pul verməyib. Satın almaq yox, ona hədiyyə olunmasını istəyir».

Neftçala rayon İcra Hakimiyyətindən bildiriblər ki, sahibkara dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bazarda natəmizlik hökm sürdüyünə görə obyektin fəaliyyətini bu vəziyyətdə davam etdirməsi mümkün deyil.

XS
SM
MD
LG