Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Xədicə İsmayıla qarşı 4 ittiham irəli sürülüb


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, jurnalistə qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Vəkil deyib ki, prokurorluq AzadlıqRadiosunun fəaliyyəti haqqında 15 yanvar vergi aktı əsasında bu ittihamları irəli sürüb.

“Xədicə İsmayıl özünü təqsirli bilmir və ifadə verməkdən imtina edib”, Namazlı qeyd edib.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" iddiası ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

Yanvarın 27-də Səbael Rayon Məhkəməsi istintaq orqanın verdiyi vəsatəti qismən təmin edərək, jurnalist Xədicə İsmayılın həbs müddətinin 1 ay, 19 gün uzadılması barədə qərar verib.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Amnesty İnternational jurnalisti "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG