Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:32

Xədicənin yeganə “cinayət”i, ən yüksək səviyyədəki korrupsiyanın araşdırılması idi


Xədicə İsmayıl
Xədicə İsmayıl

.

“Sərhədsiz Reportyorlar” təşkilatı həbsdə olan jurnalist Xədicə İsmayılın dərhal azad olunması ilə bağlı Azərbaycan hökumətinə yenidən çağırış edib.

Fevralın 16-da yayılan bəyanatda jurnalistə qarşı irəli sürülən yeni və köhnə ittihamların dərhal ləğv olunması tələb olunur:

"Biz İsmayılovanın dərhal azadlığa buraxılmasına və ona qarşı bütün ittihamların ləğv olunmasına çağırışımızı təkrar edirik. Bu jurnalistin yeganə “cinayət”i, hökumətin ən yüksək səviyyəsində korrupsiyasını araşdırmaq və Azərbaycanın məhbəslərini dolduran siyasi məhbuslara yardım etmək olub".

Xədicə İsmayıl ötən ilin dekabr ayında özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilmişdi. Fevralın 13-də isə Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyətilə bağlı maddələr üzrə əlavə ittihamlar təqdim olunub.

İttihamlar təsdiqlənərsə jurnalisti 12 ilədək həbs cəzası gözləyir.

Xədicə İsmayılona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

“Sərhədsiz Reportyorlar” bundan öncə də Xədicə İsmayılın azad olunması ilə bağlı çağırış etmişdi.

Azərbaycan rəsmiləri bu cür çağırışlarda səslənən fikirləri rədd edir, Azərbaycanda heç kimin jurnalist fəaliyyətinə görə həbs edilmədiyini, bəzi şəxslərin isə konkret cinayət əməllərinə görə saxlandıqlarını iddia edir.

XS
SM
MD
LG