Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:21

Biruşaqlı ailənin aylıq zəruri xərci 600 manatı ötür


Arxiv fotosu
Arxiv fotosu

.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının ekspertləri apardıqları monotorinqin nəticəsini açıqlayıb. Hərəkatın sədri Qubad İbadoğlu martın 18-də AzadlıqRadiosuna bildirib ki, onlar minimum istehlak səbəti üzrə dəyərləndirmələr aparıblar:

“Məlum olub ki, orta aylq əmək haqqı müqabilində əsas ərzaq məhsullarında ciddi bahalaşma baş verib. Ötən ay Azərbaycanda orta aylq əmək haqqı 444 manat olub. Mart ayının 15-ə olan hesablamalar göstərib ki, ölkə üzrə minimum istehlak səbəti aşağıdaı kimidir:

Əmək qabliyyətli insanlar üçün - 215 manat,
Pnsiyaçılar üçün - 164 manat,
0-15 yaşlı uşaqlar üçün - 223,2 manat.

Deməli, minimum xərclər

1 uşaqlı ailədə 653,
2 uşaqlı ailədə 876,3
3 uşaqlı 1099 manatdır.

Bu hesablamalar onu da göstərir ki, Azərbaycanda orta aylıq əmək haqqı 1000 manatdan az olmamalıdır. Nəzərə alsaq ki, orta statistik azərbaycanlı ailəsi 4 ya 5 nəfərdən ibarətdir və hər ailədə adətən, 1 nəfər işləyir, onda ailənin gəlir və xərci arasında ciddi fərqyarandığını görürük”.

MDB ölkələri ilə müqayisə

Qubad İbadoğlu deyir ki, buna görə də ADR hərəkatı pensiyaların baza məbləğinin 165 manata çatdırılmasını təklif edir:

“Hazırda bu məbləğ 100 manat, və ya 95 dollardır. Müqayisə üçün minimum pensiyanın digər MDB ölkələrindəki məbləğinə baxaq:

Qazaxıstanda - 185 dollar,
Belarusdakı 129 dollar,
Ukraynada 118 dollar,
Rusiyada 108 dollar.

Hesab edirik ki, uşaqlara, əlilliyi olan şəxslərə və digər həssas qruplara verilən aylıq maddi yardım və sosial müavinətlərin minimum məbləği isə 225 manat, işsizlərə verilən müavinətlər isə ayda 220 manat olmalıdır”.

Martın 17-də ölkə parlamentində hökumətin 2014-cü illə bağlı verdiyi hesabatda baş nazir Artur Rasizadə bildirib ki, orta aylıq əməkhaqqı 4,5 faiz, əhalinin gəlirləri 4,8 faiz artıb. İllik inflyasiya isə 1,4 faiz səviyyəsində saxlanıb.

2015-ci ildən yeni redaktədə qüvvəyə minmiş minimum istehlak səbətinin tərkibinin bir aylıq dəyəri adambaşına təxminən 170 manatdır.

XS
SM
MD
LG