Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:34

Ümid Allaha qalıb


Aprelin ortalarından Moskva kilsələrində “fermerlərə və idxalın yerli məhsullarla əvəz olunmasına kömək duaları oxunacaq”.

Bunu “İzvestiya” qəzeti Rusiya Pravoslav Kilsəsinin ictimaiyyətlə əlaqə idarəsinə istinadla yazıb.

Bu mövzuda dua çoxlarına qəribə görünə bilər, ancaq Moskvada artıq mart ayından ipotekanı dollarla götürənlərə dualar oxunur.

Kilsədə iqtisadi məzmunda dua düz bir saat oxunur. Kilsə nümayəndələrinin dediyinə görə, "insanların ehtiyacı olduğu məsələ ilə bağlı lap 10 il də dalbadal dua oxumaq olar".

Ancaq müəyyən məhdudiyyət də var. Kilsənin nümayəndəsi Romana Boqdasarova deyib ki, “Biz duada rus dilində olmayan sözlərdən istifadə edə bilmərik. Ona görə də fermerlərə köməkduaları, “kəndlilərə” kömək duaları kimi oxunacaq.

XS
SM
MD
LG