Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:39

Elvin Abdullazadə: «Bədənimdə hələ də dəyənək izləri var»


Elvin Abdullayev
Elvin Abdullayev

-

«Üç gündür ki, məni dəyənək ilə döyürlər. Dəyənəyin izləri hələ də bədənimdədir. Axı mən nə etmişəm?».

Bunu AXCP fəalı Elvin Abdullazadə mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında deyib.

«MÜDAFİƏ HÜQUQLARI POZULDUĞUNDAN İŞ GERİ QAYTARILSIN»

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçən hazırlıq iclasında müdafiə tərəfinin vəkili Əli Mehtiyev cinayət işinin istintaqa qaytarılması ilə bağlı vəsatət qaldırıb. O, bildirib ki, Elvin Abdullazadə bu il yanvarın 9-u dərsdən çıxarkən, səhər saatlarında saxlanıb və 8 saat qanunsuz saxlandıqdan sonra üzərində axtarış aparılıb. Vəkil bu müddət ərzində müdafiə etdiyi şəxsin hüquqlarının pozulduğun iddia edib. O, hakimdən belə olan halda işin geri qaytarılmasını və Elvin Abdullazadə haqqında seçilmiş həbs-qətimkan tədbirinin ləğv olunmasını istəyib.

Hakim vəsatəti təmin etməyib. İşə mayın 19-da baxılacağını elan edib.

Zülfiyyə Abdullayeva
Zülfiyyə Abdullayeva

«OĞLUMA DEYİRLƏR Kİ, ƏQİDƏNDƏN DÖN»

Prosesdən sonra Elvin Abdullazadənin anası Zülfiyyə Abdullayeva oğlunun bir həftədir ki, cinayət kamerasında saxlandığını və döyüldüyünü deyib:

«Üç gündür ac-susuz saxlayıb, dəyənəklə döyürlər. Axı niyə onun bədənində dəyənək izləri qoymalıdırlar? Nəyə görə tutublar ki, nəyə görə də döyürlər? Mayın 7-dən cinayət kamerasındadır. Vəkilə səbəb olaraq deyiblər ki, yerinin dəyişdirilməsi ilə bağlı etiraz edib, ona görə. Hər həftə saxlanma yerini dəyişirlər. Uşağın psixologiyası ilə oynayırlar. Eşitdiniz Elvin nə deyir, dedi ki, mənə deyirlər əqidəndən dön. Ona görə də döyüblər».

Elvin Abdullazadə Azərbaycan Pedaqoji Universitetinin tələbəsidir. O, bu il yanvarın 8-də imtahandan çıxarkən saxlanılıb. Ondan 3 qramdan çox heroin tapıldığı iddia olunur və barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Abdullayevə külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. O, ittihamı qəbul etmir və həbsini siyasi sifariş sayır.

XS
SM
MD
LG