Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:42

Zəmi nəğməsinə nəğmə


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Aygül Qurbanova

ZƏMİ NƏĞMƏSİNƏ NƏĞMƏ

Mən səni tanıyanda

Səssiz və kimsəsiz zəmidə

Insana rastlamış kimi oldum, əzizim..

Sən olmadığın vaxtlarda..

Mən bu sonsuz zəmidə..

Düşüncələrimlə

Tək boğulurdum, əzizim..

Boğulurdum..

Səninlə dalğalı dəniz kimi

Zəmidə..

Meh vururdu tellərimizə

Gəzirdik..

Azadə, səssiz..

Xoş bir kimsəsizlik..

Sənin xəfif nəğmən,

Mənim sənə zəngin

Süfrəni xatırladan kəlmələrimlə

Xöşbəxt idik, əzizim..

Xöşbəxt idik..

Sonra bu zəmi sevgisi..

Sünbül etdi bizi..

Dönüb sünbül olduq..

Bərəkətli, quru sünbül...

Ancaq biz bilirdik

Bitki olmaq belə

Dostluğu öldürmür, əzizim..

Öldürmür..

Sünbül olmaq daha gözəl idi..

Telin telimə dəyirdi..

Ləçəklərimiz bəzən mehdən

Üşüyürdü..

Sarılırdıq o vaxtlarda..

Günəşin közərən işığı

Oyadırdı bizi sabahlarda..

Sonra bir gün..

əli oraqlı, süngülü,

fikirləri mürgülü insanlar..

Biçdilər bizi, əzizim..

Tellərimə dolaşan tellərini

Zorla çəkib aldılar məndən..

Telim ətir götürdü telindən..

Beləcə ayrıldıq , əzizim

Beləcə ayrıldıq..

Bəlkə bir gün

Ayrı-ayrı evlərdə

Bərəkət olacayıq..

Sən şanlı bir ailəni

Mən o ailə qapısında

Qulluq edən körpəni

Doyduracayıq, əzizim..

Doyduracayıq..

Amma, hər zaman

Sünbül olmağın

Qürurunu yaşayacayıq..

Unutma, sünbüllər

Tikanlı olsa da..

Təhlükəli ola bilməzlər..

Əminəm , sən bunu bilirsən..

Axı sən də sünbülsən, əzizim..

Sünbülsən..

XS
SM
MD
LG