Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:34

Bu mənim şeirim, bu da 10-luqdakı şeirlər: Müqayisə edin!


Əfrasiyab Nurullahi
Əfrasiyab Nurullahi

-

İran Azərbaycanından olan yazar Əfrasiyab Nurullahi münsiflərdən bal alsa da, "Ədəbi Azadlıq-2015" müsabiqəsinin 20-liyinə keçməyib.

O "mənim iyirmiliyə düşməyən şeirimi bu ilin onluğu ilə müqayisəyə qoyun" yazır.

Ə.Nurullahinin şeiri artıq bir neçə gün qabaq OxuZalında çap edilib.

Onun müsabiqə haqda tənqidi yazısını (olduğu kimi) və şeirini (bir daha) təqdim edirik.

Əfrasiyab Nurullahi

BU MƏNİM ŞEİRİM, BU DA ONLUQDAKI ŞEİRLƏR...

Vallah, düzü, bu haqda ciddi bir şeylər yazmaq istəyirdim, amma OxuZalının bu qonuda olan davranışlarından dolayı, buraxdığı mənfi təsirdən dolayı bir o qədər də ciddi ola bilmirəm. amma bu çox da ciddi olmayan yazımı, daha doğrusu, iddiamı əgər lütf edib çap edərlərsə, o zaman, işin başı açılar və mən də sanıram ciddiləşər və girişərəm mövzuya!

Mən OxuZalını 2013-cü ildən izləyirəm. Tərtib etdiyi müsabiqəni də elə o ildən maraqla izləmişəm. O ili qatılmadım. Amma ciddi oxucularından oldum. O ili münsiflərin seçimini bəyəndim. Özəlliklə də birinci yerə layiq olan yazar gərçəkdən haqlıydı.

Mən bilmirəm o ili münsiflər, kimlər idi, amma, gözəl seçim etdilər. Və elə ona görə də, 2014-də qatılmaq istədim. Həm də, öz içimdə iddialı. Etiraf edim ki, 2014-cü ilin yarışmaçıları çox güclüydülər. Amma bu yenə də mənim iddialı olduğumdan bir şey əksiltmirdi.

Sonuclardan razı qalmadım! Niyə ki, düz seçim olmamışdı. Indi iki haldan qıraq deyildi, mənim zənnimcə; ya münsiflər yarışmaçılardan zəif ydi, ya da o aparıcılar və tərtibçilər arasinda nəsə bir oyunlar çevrilir... (Ə.Nurullahinin keçən ilki müsabiqəyə yolladığı və 20-liyə keçməyən şeirləri)

Bu il də mən öz göndərdiyim şeirlə, hələ qalsın iyirmilik, onluğu belə muqayisə edincə, yenə də, eyni, keçən ilin axarı və çatdığım sonuc sanki bir daha təkrarlandı.

Indi, iddiam budur; mənim keçən il iyirmiliyə düşməyən şeirlərimi keçən ilin birincisi ilə və bu il də, yenə iyirmiliyə düşməyən şerlərimi bu ilin onluğu ilə elə öz saytınızda və ya başqa bir saytda açıq şəkildə yarışa qoyun, həm də mən istədiyim münsiflərin təmənnasiz oyları ilə. Sonuc hər nə isə, mən indidən qəbul edirəm. Mən istədiyim münsiflərin adları; sayın Ramiz Rövşən, Fikrət Qoca, Anar müəllim, Rüstəm Behrudı, Musa Yaqub, yeni nəsildən isə Həmid Herisçi, Qəşəm Nəcəfzadə cənabları. Artırmalıyam ki, mənim bu imzalarla heç bir yaxınlığm yoxdu, hətta məni belə tanımırlar. Ancaq oxuduqlarım və özlərini zaman-zaman inandırdıqları imzalardırlar....

Mən bu yazıya ad qoymadım, amma siz əgər çap etmək istərsəniz, qoya bilərsiz adını.

Hörmətlə: Əfrasiyab Nurullahi, Güney Azərbaycan
30 may, 2015

Əfrasiyab Nurullahinin 20-liyə düşməyən şeiri

ARAZ

Araz,

iki yolun ayrıcı

iki can arasında qalan can

o tayı

Azərbaycan

bu tayı

Azərbaycan

Araz,

bir qurd ulaması;

yeni bir uğurdur

hər döngəsi, dolaması

Araz,

həsrət adası Qarabağın,

Qaradağın qadası

o tay, bu tay

ellərimin xan atası

Araz, səməd!

haraysız hay

Araz, Saray!

Haysız haray

Araz,

Xəzər bəyin

azərbaycanlı sevgilisi

Araz,

Xəzər ölüsü

Xəzər dirisi

Araz,

iki qardaşın tək bacısı

ancaq ki;

Xəzərə sığır ağrısı,acısı

Araz,

mənim uşaqlıqda,

bütün sulardan olan,

idrakım, ağlım

və uşaqlıq vərdişi üzündən

indi də elə

Araz,

mil, muğan

həyatı ceyran, cüyür

suvatı Araz,

uzun bir bayatı,

Türkiyədən Xəzərə qədər

o tayı, bu tayı

inləyib gedər

Araz,

mənim dağlar ürəyimdən,

dəniz gözlərimə çəkilən yol

gözlərimdən ləpələnir

Bakı yanağıma

Araz,

uzun bir durna qatarının, kölgəsimi –deyim;

düşüb dağlardan dənizə sarı tapdalanmış bir xalqın, köksümü –deyim;

ötürüb, görünmür axar baxarı...!

SON

XS
SM
MD
LG