Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:32

MeydanTV-nin əməkdaşlarına qadağa qoyuldu


Meydan TV
Meydan TV

-

«Avropa Oyunları bitər-bitməz Meydan TV-yə qarşı repressiya başlayıb».

Bunu Meydan TV-nin icraçı direktoru Emin Milli öz «facebook» səhifəsində yazıb. O bildirir ki, Meydan TV-nin əməkdaşlarına Azərbaycanın sərhədini keçməyə icazə verilməyib:

«Meydan TV-nin bir neçə jurnalisti bu gün (iyunun 30-u) Tiflisə getmək məqsədilə sərhədi keçmək istəyiblər, amma onlara icazə verilməyib. Onlara bildirilib ki, ölkəni tərk etmələrinə rəsmi qadağa var.

Əvvəlki olaylardan çıxış edərək düşünürük ki, hazırda Meydan TV-yə qarşı cinayət işi açılıb və istintaq gedir. Hökumət Meydan TV-yə qarşı repressiyaya Avropa Oyunlarının rəsmi bağlanış mərasimindən cəmi bir gün sonra başlayıb. Bir neçə gün öncə Əliyev hakimiyyəti şəxsən məni hədələyib, indi də jurnalistlərin ölkədən çıxmasına qadağa qoyulub».

Meydan TV müstəqil onlayn televiziyasıdır, 2013-cü ildən fəaliyyət göstərir.

Hadisə ilə bağlı rəsmi mövqe almağa çalışırıq. Mövzunu davam etdirəcəyik.

XS
SM
MD
LG