Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:34

95 vəkil İntiqam Əliyevi azad etməyə çağırdı


İntiqam Əliyev
İntiqam Əliyev

-

24 ölkədən olan 95 vəkil Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevi azad etməyə çağırıblar.

Onların prezident İlham Əliyevə göndərdikləri məktubda deyilir:

“ İntiqam Əliyev təkcə gənc nəsil üçün müəllim yox, eyni zamanda Avropa hüquq sisteminin eksperti, Avropa insan hüquqları məhkəməsi ilə əməkdaşlıq edən ilk azərbaycanlı vəkillərdən biri, Avropa Şurasının insan haqları üzrə təhsil proqramının regional məsləhətçisidir.

Müraciətdə İntiqam Əliyevin məhkəmə prosesinin sənəd və materiallara çıxışın məhdudlaşdırılması və prosesin qapalı keçirilməsi də daxil olmaqla prosedur pozuntularla keçirildiyi bildirilir.

Müraciət müəllifləri qeyd edir ki, İntiqam Əliyev 13 layihəni qrant müqavilələrini qeydiyyata salmadan həyata keçirməkdə ittiham olunur.

Amma vəkilonlardan 7-nin 2009-cu ilədək həyata keçirildiyini sübuta yetirib, hansı ki, həmin dövrdə qanun bunu tələb eləmirdi.

Qalan 6 müqavilə isə, Ədliyyə nazirliyinin qeydiyyatından sonra həyata keçirilib.

Məktubda həmçinin İntiqam Əliyevin saxlanma şəraitinin onun shətinə pis təsir göstərdiyi, xroniki baş ağrısı, əsəb gərginliyindən əziyyət çəkdiyi və bu günədək ona lazımı tibbi xidmət göstərilmədiyi bildirilir.

Vəkillər Azərbaycan hakimiyyətini fundamental humanitar prinsiplərə hörmətlə yanaşmağa və İntiqam Əliyevə lazımi tibbi xitmət göstəriləcəyinə təminat verməyə çağırırlar.

İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıq ittihamı ilə 7 il yarım azadlıqdan məhrum edib..

O ittihamları rədd edir və həbsini siyasi motivli sayır.

"Amnesty İnternational" təşkilatı İntiqam Əliyevi ”vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG