Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:51

Əli Kərimlinin ad gününə hədiyyə


Əli Kərimli
Əli Kərimli

-

“Avropa İnsan Haqları Məhkəməsi təsdiqlədi ki, Azərbaycan hökumətinin mövqeyi haqsızdır, mənim konvensiya ilə müəyyən edilmiş hüquqlarım pozulub”

AXCP sədri Əli Kərimli Avropa İnsan Haqları Məhkəməsinin onun xarici pasport ala bilməməsi ilə bağlı çıxardığı qərara belə münasibət bildirib.

AXCP sədri barəsində 1994-cü ilin sentyabrında cinayət işi qaldırılıb. Hüquq-mühafizə orqanları Əli Kərimlinin cibindən bomba tapıldığını bildirmişdilər. Bundan sonra onun barəsində cinayət işi başlanıb və həbs olunub. Əli Kərimli ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Ancaq 1994-cü ildə açılan cinayət işi əsas gətirilərək ona yeni pasport verməkdən imtina edilib.

Əli Kərimli:

- Açığı, gözlənilməz qərar olmadı. Mənə pasport verilməməsi o qədər absurd idi, hüquqi bazası o qədər zəif idi ki, mən bu işi Avropa İnsan Haqları Məhkəməsində udacağıma şübhə etmirdim.

Hətta Azərbaycan məhkəmələri belə mənə pasport verilməməsiylə bağlı heç bir arqument gətirməmişdilər. Daxili İşlər Nazirliyinin müvafiq idarəsi mənə pasport verməkdən rəsmi qərarla imtina etməmişdi.

1994-cü ildə mənə qarşı quraşdırılmış həmin o məşhur qumbara işini bəhanə edərək pasportumu vermirdilər. İyirmi il ötür həmin cinayət işinin qaldırılmasından. Absurd bəhanəydi. Ona görə də bilirdim ki, bu işə baxılacağı halda Azərbaycan hökuməti uduzacaq. Belə də oldu.

Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi təsdiqlədi ki, Azərbaycan hökumətinin mövqeyi haqsızdır, mənim konvensiya ilə müəyyən edilmiş hüquqlarım pozulub. Mənim həm şəxsi, həm də siyasi fəaliyyətimlə bağlı xarici səfərlərimin qarşısı qanunsuz şəkildə alınıb, buna görə də Avropa Məhkəməsi mənə dəyən mənəvi zərərə, eləcə də məhkəmə xərclərinə görə hökuməti 8 min 600 manat cərimələyib.

- Əli bəy, Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra xarici pasport ala biləcəksizmi, sizcə?

- Dəqiq bilmirəm. Pasport məsələsi həll oluna da bilər, olunmaya da. Artıq presedent var, bilirik ki, hökumət Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsini müəyyən müddətə qədər ləngidə, süründürməçiliyə sala bilər.

Amma o biri tərəfdən də bu məsələ, mənim fikrimcə, hökumət üçün aktuallığını xeyli dərəcədə itirib. Bu qərar 2006-cı ildə verilmişdi, o zaman mən çox intensiv şəkildə xarici səfərlərə çıxırdım, təkcə 2005-ci ildə 10 ölkədə olmuşdum. Xarici səfərlərdə mən Azərbaycanla bağlı həqiqətləri çatdırırdım, rejimi bütün Avropaya təqdim edirdim.

İndi vəziyyət çox dəyişib, internet inkişaf edib, xarici mətbuatın Azərbaycana marağı o qədərdi ki, mənim xarici səfərlərə çıxıb-çıxmamağımdan asılı olmadan artıq ölkəylə bağlı həqiqətləri az qala bütün dünya bilir.

O zaman bu, hökuməti qıcıqlandırırdı. Xüsusən də 2006-cı ilin yanvarında Avropa Şurasında çıxışımdan sonra mənə pasport verilməməsi haqda qərar verildi. İndi vəziyyət çox dəyişib, internet inkişaf edib, xarici mətbuatın Azərbaycana marağı o qədərdi ki, mənim xarici səfərlərə çıxıb-çıxmamağımdan asılı olmadan artıq ölkəylə bağlı həqiqətləri az qala bütün dünya bilir.

Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy

Bu şəraitdə islanmışın yağışdan nə qorxusu?.. Buna görə də məsələ həllini tapa bilər. Böyük ehtimalla mənə pasport verilməsini yubadacaqlar və bu halda məlum olacaq ki, bu qərar siyasi fəaliyyətimlə bağlıdır. İkincisi, məsələ siyasi müstəvidə qalacaq və artıq Avropa Şurası Nazirlər Kabineti bununla məşğul olacaq. Həm ölkə, həm dünya ictimaiyyəti biləcək ki, bu, özünü çox güclü hesab edən Azərbaycan hökuməti siyasi opponentini Avropa strukrturlarıyla konfrontasiya bahasına olsa belə ölkədən buraxmaq istəmir, onunla qeyri-bərabər mübarizə aparır.

- Amma bununla belə, yəqin pasport almaq üçün müraciət edəcəksiz?

- Əlbəttə.

- İlk hara getmək istərdiz?

- Qərarlaşdırmamışam.

- Bu gün həm də AXC-nin yaranış günüdür. Bu qərarı sizə hədiyyə saymaq olar?

- (Gülür) Obrazlı desək, bu mənə ad günü hədiyyəsidir.

- Bu gün Xalq Cəbhəsi ad gününü hansı şəkildə qeyd edir? Qərargahsız, bəzi üzvləri həbsdə...

- AXC Xalq Hərəkatının təşkilatı kimi ortaya çıxıb. Çox böyük tarixi missiyanı gerçəkləşdirib. Azərbaycanın dövlət müstəqilliyinin bərpası AXC ilə bağlıdır, xüsusilə də onun sədri Elçibəylə. Xalq Cəbhəsi torpaqlarımız uğrunda minlərlə şəhid verib. AXC həm istiqlal, həm də demokratiya, dəyişiklik, azadlıqlar uğrunda bir hərəkat idi.

Bu gün də AXC missiyasını şərəflə davam etdirir. 22 ildə ağır şəraitdə müxalifətdədir, o ölkədə ki, siyasi azadlıqlar Tacikistan səviyyəsindədir. 22 illik repressiyalara, sıralarında yüzlərlə siyasi məhbusun olmasına davam gətirərək, xeyli sayda insanın itkisinə (bu da rejimin məqsədyönlü təxribatları, şirnikləndirməsi, ələ alması ilə bağlı olub) dözərək prinsiplərindən və dəyərlərindən bir addım da geri çəkilməyib. Bizim mübarizəmiz bir az gec, bir az tez qələbə ilə bitəcək. Bu gün AXC-nin təsis gününü qeyd edərkən onun ilk idarə heyəti üzvlərindən biri Leyla Yunus çox ağır şərtlər altında məhbəsdə saxlanır. Ona qarşı fiziki təzyiq vicdansızlıqdır. Partiyamızın sədr müavini Seymur Həzi, Rəyasət Heyətinin üzvü Asif Yusifli, Məclis üzvü Pərviz Həşimov, fəallar Murad Adilov, Qədir Həziyev, Elvin Abdullayev və çoxlu sayda gənclər həbsdədir. Bu, asan yol deyil.

Onu başqasından soruşun. İlham Əliyev nəsə desə münasibət bildirərəm, Siyavuş Novruzova yox...

- Amma gedənlər də var: Razi Nurullayev, Əbülfəz Qurbanlı... O haqda niyə danışmaq istəmirsiz?

- Razi Nurullayevlə bağlı qərar verilib, hər şey göz qabağındadır, danışmağa dəyməz. Əbülfəz Qurbanlının gedişini isə onunla müqayisə etmək olmaz. O da fikirlərini yazıb, mən nə deyim...

- YAP-çı deputat Siyavuş Novruzov sizin partiya haqda ittihamlar səsləndirib, xarici qüvvələrə işlədiyinizi, hətta kitabınızın bağlandığını deyib.

- Onu başqasından soruşun. İlham Əliyev nəsə desə münasibət bildirərəm, Siyavuş Novruzova yox...

XS
SM
MD
LG