Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:28

Zərdabi Ambarsumun duel çağırışına "yox" dedi...


Həsən bəy və Hənifə xanım
Həsən bəy və Hənifə xanım

-

Həsən bəy dəli kimi bağırır: “O məni satın almaq istəyir!”

Həsən bəy Zərdabi və Hənifə xanım
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

XX əsrin əvvəlləri...

Bakıda su qıtlığı var. Şəhərə suyu iri çənlərdə gətirirlər. Su kəməri çəkmək məsələsi gündəmdədir. Həsən bəy Dumanın iclaslarında şəhərə təmiz dağ suyu çəkmək məsələsini qaldırır.

Şəhər Dumasındakı bir başqa deputat - Ambarsum Məlikov şəhərə suyun onun Zuğulbada olan malikanəsindəki çeşmədən çəkilməsini istəyir. Bu, ona böyük gəlir gətirəcək. Həsən bəyin qızı Qəribsoltan xanım xatirələrində yazır ki, bir dəfə atasının öz dostları ilə söhbətinin şahidi olur. Həsən bəy həyəcanla deyirmiş:

“Bu dələduz şəhərə özü ilə bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək olmaz!..”.

RÜŞVƏT? ZƏRDABİYƏ?!.

Dumada Zərdabinin dirənişindən xoflanan Ambarsum Məlikov ona o vaxta görə çox böyük məbləğ sayılan bir neçə min rubl rüşvət göndərir.

Qəribsoltan xanım yazır ki, mən evimizdə hələ buna oxşar fırtına görməmişdim:

“Həmişə özünü təmkinli və nəzakətli aparan atam bu dəfə təsvirəgəlməz hiddətlə püskürən vulkana dönmüşdü”.

“YARAMAZ!”

Həsən bəy dəli kimi (qızı belə yazır-S.İ.) bağırır: “O məni satın almaq istəyir!”.

Hənifə xanım var gücü ilə Həsən bəyi sakitləşdirməyə çalışır, amma nail olmur. Əsl mərəkə Dumanın iclasında baş verir. Həsən bəy Ambarsum Məlikovu hamının yanında “yaramaz” adlandırır. Ambarsum bərk hirslənib onu duelə çağırır...

“SİZİNLƏ DUEL?!.”

Həsən bəy: - Nə? Sizinlə duel?!. Siz, sadəcə, axmaqsınız! Özündən çıxmış Həsən bəy bu sözləri deyərək Dumanın iclas zalını tərk edir. Evdə Hənifə xanım onu yatağa uzadır.

Özündə olmayan Həsən bəy bu sözləri aramsız təkrarlayır: - Mən bacarmadım!.. Başa düşürsən?! Adamı dəhşətə gətirən odur ki, bütöv bir xalqın sağlamlığı məsələsi həll olunarkən, o dələduz utanmadan alicənablıq məzhəkəsi oynadı və ləyaqətsizliklə üstün gəldi.

“O, MƏNİ SATIN ALMAQ İSTƏYİR!”

Həmin əhvalatı AzadlıqRadiosu daha əvvəl də xatırladıb, amma yenə yada salmaqda fayda var.

Azərbaycan mətbuatının 140 illik yubileyi qarşısında o Böyük Şəxsiyyətin ləyaqətli həyatını - kişiliyini bir daha diqqətə çatdırmağın nə ziyanı olar ki?!.

Adamı dəhşətə gətirən odur ki, bütöv bir xalqın sağlamlığı məsələsi həll olunarkən, o dələduz utanmadan alicənablıq məzhəkəsi oynadı və ləyaqətsizliklə üstün gəldi.

Heç həyatınızda: “O, məni satın almaq istəyir!”- deyib bağıran birini gördünüzmü?

Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi

Üstündən 140 il ötəndən sonra Azərbaycan mətbuatının indiki durumuna nəzər salanda, bu suala “hə” cavabını vermək elə də asan deyil.

YARINMA JURNALİSTİKASI...

Yarınma jurnalistikasının çiçəkləndiyi, söz azadlığının boğulduğu, açıq qapıların bağlandığı bir dövrdə yaşayırıq.

Milli mətbuatın 140 illiyində mükafatalma yarışına çıxan ölkə jurnalistləri həmin sualın cavabını qəlizləşdirir.

MÜKAFATALMA YARIŞI...

Amma Zərdabi gördüyü azman işlərin əvəzində heç nə ummurdu. Görün, Hənifə xanım xatirələrində bu barədə nə yazır:

“Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o, arxanca gələcək və səni qiymətləndirəcək. Bundan ötrü əvvəlcə onun inamını qazan”.

Bax, Zərdabi bizlərə qiymətli vəsiyyətlər qoyub gedib, ancaq... Ancaq biz onlardan dərs ala bilirikmi?..

“ZƏRDABLI ADAM”IN ETDİKLƏRİ...

İyulun 19-da saat 23-də və bütün həftəboyu AzadlıqRadiosunda “Həsən bəy və Hənifə xanım” dastanı yenidən səslənəcək.

Həsən bəy Zərdabinin dəfni, 1907
Həsən bəy Zərdabinin dəfni, 1907

İldə bir dəfə o böyük ƏKİNÇİnin ibrətli həyat tarixçəsini dinləməyin dadını çıxarın.

Zərdabi həftəsində Zərdabinin izinə düşün.

“İz”də qalın.

P.S.:1904-cü ildə Zuğulbadan Bakıya çəkilən suya gəlincə, Həsən bəyin dediyi kimi, bu su şəhəri xilas edə bilmir. Axı yararsız idi, texniki məqsədlər üçün istifadə olunurdu.

Hacı Zeynalabdin Tağıyev (o, şəhər idarəsinin və Dumasının üzvü idi - S.İ.), eləcə də Həsən Bəy Zərdabi (o da komissiyanın üzvü idi - S.İ.) əhalinin su təchizatını yaxşılaşdırmaq üçün çox böyük səylər göstərməyə başlayırlar və uzun illərdən sonra---1917-ci ildə şəhərə “Şollar” Su Kəməri çəkilir.

Bu kəmər istifadəyə veriləndə “Böyük Əkinçi” arıtq 10 il idi ki həyata göz yummuşdu... Ruhuna min rəhmət!..

XS
SM
MD
LG