Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:41

Orxan Adıgözəl. "Düzgün başa düşün lütfən"


Orxan Adıgözəl
Orxan Adıgözəl

- "Bilirsiniz, mən şəxsən özüm elə toy keçirilməsini çox xoşlayan və dəstəkləyən biri deyiləm. Düzgün başa düşün lütfən. Normal təhlil aparanda anlayıram ki, o cür toyların mənə və cəmiyyətimizə ziyanı yoxdur."

"Özü üçün tolerantlıq tələb edən biri başqalarının da dini inancına, siyasi baxışına, seksual orientasiyasına, geyim və düşüncə tərzinə, fikir fərqliliyinə tolerant olmalıdır!"

Orxan Adıgözəl

Şadlıq sarayında namazın ətrafa nə ziyanı var axı?

Bu yaxında sosial şəbəkələrdə Bakının hansısa şadlıq saraylarından birində əsas zalda kişilərin bir yerdə namaz qılması fotosu yayımlandı.

Çox güman ki, onu ya restoranın fotoqrafı, ya da ofisantlardan biri çəkib, sosial şəbəkədə yaymışdı. Bunun elə də önəmi yoxdur. Restoranda iftar süfrəsi və ya kişi toyunun olması da məlum deyil. Bunun da önəmi yoxdur.

Fotoya fərqli şərhlər gəldi. Bizim millətin çoxu zatən həmişə hər şeyə mənfi reaksiya, pis rəy verməyə öyrəncəlidir. Bu dəfə də möcüzə baş vermədi.

Onları elə olduğu kimi qəbul edir və təhsilsizlik sisteminin qurbanı olduqlarına bağışlayırıq.

Amma nə üçün bir çox təhsilli və dünyagörüşü olan şəxslərin o şəkili durmadan tənqid, hətta təhqir etdiyini anlamış deyiləm. Önəmli məsələ bax o cür yanaşmalardır.

Axı sizin şərhləriniz və fikirləriniz dünyagörüşünüzə və qazandığınız hörmətə xələl gətirir. Ən dəhşətlisi isə həmin fikirlərin sahiblərinin həmişə dayanmadan demokratiya və plüralizmdən (çoxfikirlilik) danışmalarıdır.

Paradoksallığın tüğyan etdiyi məmləkətdə yaşadığım bir daha bəlli oldu.

Başa düşürəm, ateistsiniz, amma bu sizin kimisə, kiminsə inancını və müxalif olduğunuz ünvanı təhqir etməyə imkan vermir.

“Ate­izm” ter­mi­ni ilk də­fə 1577-ci il­də Av­ro­pa­da iş­lə­nib. Am­ma eti­mo­loq­lar bu sö­zün ta­ri­xi­nin 3-cü əs­rə ge­dib çıx­dı­ğı­nı id­dia edirlər. Yu­na­nıs­tan­da məhz bu döv­rə aid pa­pi­ru­sun üzə­rin­də “at­heoi” ifa­də­si­nin ya­zıl­ma­sı be­lə fi­kir­də olan­la­rın hə­lə o vaxt­dan möv­cud ol­ma­sı an­la­mı­na gə­lir.

Yu­nan di­lin­dən tər­cü­mə­də “al­lah­sız” mə­na­sı­nı ve­rən ifa­də­nin 17-18-ci əsr­lər­də bir qə­dər az iş­lən­di­yi­nin də şa­hi­di olu­ruq.

Ame­ri­ka­lı təh­qi­qat­çı Ka­ren Arm­stronq ya­zır ki, bu dö­nəm­lər­də av­ro­pa­lı ke­şiş və ra­hib­lə­rin ölüm qo­xu­lu hə­də­lə­ri o vaxt­kı ate­ist­lə­ri bir növ sus­ma­ğa va­dar et­miş­di.

Am­ma 20-ci əsr­də So­vet İm­pe­ri­ya­sı­nın tə­şək­kül tap­ma­sı həm də ate­iz­min ye­ni­dən vü­sət al­ma­sı­na gə­ti­rib çı­xar­dı. Ha­zır­da isə de­mok­ra­ti­ya­nın hökm sür­düyü öl­kə­lər­də ate­ist­lər öz fi­kir­lə­ri­ni asan­lıq­la söy­lə­yə bi­lirlər.

Mən bir çox avropalı ateist şəxslərlə bir yerdə olanda mövzumuz din məsələsi olarkən onların necə tolerant davrandıqlarını və səmimiyyətini görmüşəm.

Polemikalarda da həmişə həssas yanaşıblar ki, qarşılarındakının inancını aşağılamasınlar.

Tam əminliklə deyə bilərəm ki, məhz bu cür plüralizmə görə Avropa bu gün dünyaya sivil cəmiyyət obrazını böyük fəxrlə təqdim edir. Əcəb də edirlər, haqlarıdır.

Orda dindarı da, ateisti də sülh şəraitində, bərabərhüquqlu yaşayır. Qoy bizim kimi dindarı-ateisti sayəsində qütbəşən cəmiyyətlər baxıb utansınlar. Bəlkə nümunə götürərlər.

Gecə-gündüz “demokratiya” hayqırıb, həmin məlum şəkli təhqir edən birinə yazmışdım ki, o insanların əməlində hansı zərərli motiv var? Fərqlənmək üçün ateist olması bəlli olan adamın cavabı 2-ci, 3-cü sinif şagirdlərinə məxsus oldu: “Namazı şadlıq sarayının namaz otağında niyə qılmırlar ki? Belədirsə gedib məsciddə toy etsinlər. Onlar cahildirlər və rasistdirlər ki, qadınları toya gətirməyiblər.”

Həmin şəxsə Facebook-da cavab yazdım, elə bu məqalə vasitəsilə də həmin düşüncədə olan şəxslərə də fikirimi çatdırmağa çalışım. Birincisi, cahil oxumamış, savadsız, avam, nadan, anlamaz, qanmaz, heç şeydən xəbəri olmayan adama deyilir.

Rasist və ya öz dilimizdə desək, irqçilik edən, ümumi olaraq, öz qanını daşıyan, eyni dildə danışan və eyni soy-kökdən gələnin başqa soylardan gələnləri alçaltması, onlara yuxarıdan aşağı baxması özəlliklərini öz üzərində daşıyan birisidir ki, həmin fotoda bu adları vurğulamağa rəvac verən heç nə yoxdur.

İkincisi əgər İslam inancına görə, namaz vaxtı yetişibsə, şadlıq sarayının namaz otağı (əksər restoranlarda belə yer var) balaca olduğu üçün o qədər adamın ora yerləşməyi alınmırsa, toy sahibi və çağırdığı kişi qonaqlar bir yerdə İslam inancına görə, adi tək qılınan namazdan daha üstün sayılan birgə (camaat) namazı qılmasının cəmiyyətə, məişətə bir sözlə ətrafa nə ziyanı var axı?

Mən bilirəm ki, çox vaxt elə toylar keçiriləndə, digər zalda ancaq qadınların olduğu qız toyu keçirilir. Hələ şəklə baxanda bilinmir ki, o toy məclisidir ya iftar süfrəsi. Nə isə.

Bilirsiniz, mən şəxsən özüm elə toy keçirilməsini çox xoşlayan və dəstəkləyən biri deyiləm. Düzgün başa düşün lütfən. Normal təhlil aparanda anlayıram ki, o cür toyların mənə və cəmiyyətimizə ziyanı yoxdur.

Bu işə başqa məcradan da yanaşım. Mənim kommunizmə və İranın molla siyasətinə antipatiyam var. Amma mənim xeyli kommunist və İranmeylli yaxın tanışlarım var ki, onlarla görüşürəm, bir-birimizin evinə gedib-gəlirik.

Onlarla heç bir problemim yox! Onlar da mənim kimi, mənim siyasi düşüncəmə sayğı ilə yanaşırlar. Biz fikir mübadiləsi aparırıq. Bəli, fikir ayrı-seçkiliyinə görə polemikalarımız da düşür.

Sonda isə sülhə üstünlük veririk. Nəticədə də etdiyimiz polemika əyləncəli olur. Biz bir-birimizdən eşitdiyimiz haqq olan şeyləri mənimsəyirik.

Bax, tez-tez özünüzə qarşı tolerantlığın olmadığını deyirsiniz. Xatırladım ki, tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır.

O, inkişafın, sülhün təməlidir. Özü üçün tolerantlıq tələb edən biri başqalarının da dini inancına, siyasi baxışına, seksual orientasiyalarına, geyim və düşüncə tərzinə, fikir fərqliliyinə tolerant olmalıdır!

Əks halda onun demokratiya və insan haqlarından danışmağa haqqı yoxdur!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG