Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:38

Minsk qrupu günahkarı tapa bilmir


Həmsədrlər cəbhə xəttində. 2014.
Həmsədrlər cəbhə xəttində. 2014.

-

ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk Azərbaycan və Ermənistanın mülki əhali yaşayan ərazilərdə minaatanlar və ağır silahlardan istifadə etməsindən ciddi narahatlıqlarını ifadə ediblər.

Həmsədrlərin sentyabrın 25-də Nyu-Yorkda yaydıqları bəyanatda belə deyilir.

Vasitəçilər təmas xəttinin hər iki tərəfində tələfat olduğunu vurğulayıblar və ölənlərin ailələrinə başsağlığı veriblər: «Təəssüf edirik ki, bu cür insidentlər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-Yorkda nəzərdə tutulmuş görüşü ərəfəsində baş verir. Zənnimizcə, nazirlər əhalinin eskalasiyası və münaqişənin danışıqlar yolu ilə nizama salınmasına dair ciddi diskussiya aparacaq» - bəyanatda bildirilir.

«Bizim zorakılığın nədən yarandığını müəyyən etməkdə çətinlik çəkdiyimiz bir vaxtda və münaqişə tərəflərinin bir-birini günahlandırdığı zaman tərəflər ATƏT-in araşdırma mexanizmi istiqamətində işləməlidir. Bu məsələ prezidentlər arasında da müzakirə edilib». /Report/

Mövzu ilə əlaqədar oxu:

Ermənistan: «Üç sakin öldürülüb, ikisi yaralanıb»

MN: «Azərbaycan əsgəri yalnız mülki əhaliyə atəş açmamaq barədə əmr alıb»

XS
SM
MD
LG