Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:28

Şura Xoşqədəmin verilişlərini bağladı


►"Ailələr, qohumlar üz-üzə qoyulur, insanların heysiyyatı ilə oynanılır"

Milli Televiziya və Radio Şurası sentyabrın 30-da “ANS” televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarının yayımını bir ay müddətinə dayandırıb. Qərar 5 oktyabr 2015-ci ildən qüvvədədir.

Buna səbəb kimisosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrilməsi göstərilir.

O da deyilir ki, bir sıra mövzular süni şəkildə günlərlə davam etdirilir, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradılır, ailələr, qohumlar üz-üzə qoyulur, insanların heysiyyatı ilə oynanılır, insanların şərəf və ləyaqəti alçaldılır, işgüzar nüfuzunun ləkələnməsinə yol verilir.

Buna da bax: Zaur Baxşəliyev: müxalifətçi, ya aparıcı?

Şura onu da qeyd edir ki, sözügedən proqramlarda efir şəxsi intriqalara alət edilir, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmir, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmır, proqrama verilmiş tələblər, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblər pozulur.

İclasda “ANS” televiziyasının efirində yayımı dayandırılmış verilişlərin vaxtında mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi barədə də qərar qəbul edilib.

“ANS” televizsiyası hələlik məsələyə münasibət bildirməyib.

XS
SM
MD
LG