Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:22

Bəs hanı o iş yerləri?


►İqtisadçı Qadir İbrahimli prezidentin son çıxışını şərh edir

Azərbaycan prezidenti İlham Əliyev 9 ayın nəticələrinə həsr olunan hökümət iclasında dedi ki, 9 ayda 87 min yeni iş yeri yaradılıb.

Azərbaycanda hökümət mütəmadi olaraq yeni iş yerlərinin yardılmasından, özü də kifayət qədər çox, yeni iş yerlərinin yaradılmasından danışır, eyni vaxtda adamlar şikayətlənir ki, iş yoxdur, işsizdirlər. Bu ziddiyyət nədən yaranır?

İqtisadçı ekspert Qadir İbahimli deyir ki, yeni iş yerləri adətən infrastruktur layihələrində, məsələn, yol, körpü tikintisində yaradılır, yəni, körpü tikintisi başa çatan kimi həmin adam iş yerini itirir. Yəni bu iş yerlərinin bir çoxudaimi deyil.

Buna da bax: "Belə gəncləri gərək hərbi xidmətə çağırmasınlar”

Qadir Ibrahimli
Qadir Ibrahimli

Bəs Azərbaycan prezidenti dedi ki, 87 min yeni iş yerindən 67 mini daimidir? Qadir İbrahimli deyir ki, bir çox yerlərdə ikili mühasibat var. İndi onları məcbur edirlər ki,işçilərini leqallaşdırsınlar. Yeni işçilərin, iş yerlərinin artması faktiki işləyənlərin leqallaşdırılması sayəsində baş verir. Bu baxımdan yeni iş yerləri o qədər də çox deyil.

Bəs belə getsə, gələn il nə olacaq? Dövlət investisiyalarının azalması o deməkdirmi ki, yeni iş yerləri azalacaq? İşsizlik artacaq? Qadir İbrahimlinin fikrincə, özəl sektora mane olunmasa, özəl sektoir kifayət qədər yeni iş yeri yarada bilər.

Gözlə

No media source currently available

0:00 0:09:30 0:00
Direct-ə keçid

XS
SM
MD
LG