Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:48

Baxılmalı 7 sovet-rus elmi fantastika filmi


- Aelita, Mars kraliçsı

"Aelita" filmindən kadr
"Aelita" filmindən kadr

Sovet kinorejissoru Jakov Protazanovun “Aelita, Mars kraliçası” səssiz filmi planetlərarası səyahətdən əsas süjet xətti kimi istifadə edən ilk filmdir dünyada.

Bu klassik film Aleksey Tolstoyun elmi-fantastik romanı əsasında çəkilib.

Filmdə hadisələr 1921-ci ildə başlanır; vətəndaş müharibəsi təzəlikcə bitib, əhali acdır, ölkə batıb gedir.

Yerdə iki mühəndis gizli radiosiqnal alır.

Marsda isə Qor adlı bir şəxs Yerdəki həyatı izləyən maşın icad edir. Ona bu barədə kiməsə danışmağı qadağan edirlər, amma Marsın kraliçası Aelita bu maşının varlığından xəbər tutur və maşın vasitəsilə ona Yeri göstərmələrini xahiş edir.

Kraliça bu maşında Yer kürəsinə baxanda orada bir çox şeylə yanaşı, öpüşən ər-arvadı görür. Aelita Yer haqda daha çox məlumat almaq istəyir.

Paralel süjetdə Yer kürəsindəki həmin öpüşən ər-arvadın həyat hekayəsi göstərilir. Nataşa ərini atır, sevgilisini üstün tutur. Sevgilisi Qırmızı planetə səyahət edir.

Orada insanabənzər varlıqlarla, dəmir yumruğuyla idarəçilik edən gözəl Aelitayla görüşür. Film Sovet konstruktivizmi üslubunda çəkilib.


Amfibiya adam

"Amfibia-adam" filmindən
"Amfibia-adam" filmindən

Vladimir ÇebotaryovGennadi Kazanskinin çəkdiyi, Sovet kinoprokatının lideri olan, ən çox kassa gətirən bu romantik elmi-fantastika filmində Argentina sakinləri və balıqçılar dənizdə peyda olan qəribə varlığa görə xof içindədirlər.

Bir soyuqqanlı dəllal Zurit həmin varlığı tutmağa və öz biznesinə cəlb etməyə qərar verir.

Balina ciyərlərinə malik gəncin adı İxtiandrdır. O, alim Salvadorun eksperimentlərinin nəticəsidir. Alim orqan köçürmələrilə yaradıb onu. İxtiandr evdə böyüyüb, dostları delfinlər olub.

Bir dəfə İxtiandr dənizdə batan qızı xilas edir. Bu hadisə İxtiandrın həyatını dəyişir.

İxtiandrla gözəl Quttiere arasında məhəbbət yaranır. Qızın atası Baltazar isə onu varlı bir kişiyə ərə vermək niyyətindədir. Həmin varlı kişi özünü qızı sudan xilas edən adam kimi təqdim edir, qız da buna inanır.

Dəllal Zurit “dəniz iblisi”ni yaxalayır. Salvador isə Zuritin gəmisinə girərək, İxtiandrı onun cəngindən xilas edə bilir.

Dəllal Zurit Salvadoru onun gəmisinə girməkdə ittiham edir. Salvadoru və İxtiandrı həbs edirlər.

Salvadorun dostu olan bir jurnalistin (o da Quttiereyə aşiqdir) köməyilə onlar azadlığa çıxırlar. Amma artıq Quttiere İxtiandra qovuşa bilməz.

İxtiandr həbsxanada uzun müddət pis şəraitdə qaldığına görə, sağlamlığı pisləşib. Artıq dənizsiz yaşaya bilmir.


Fırtınalar planeti

"Planeta Bur" filmindən
"Planeta Bur" filmindən

Sovet yazıçısı Aleksandr Kazantsevin romanı əsasında kinorejissor Pavel Kluşantsevin çəkdiyi bu film (1961) Venera planetinə səyahətdən bəhs edir.

Amerikan-sovet kosmonavtları üç kosmik gəmidə Veneraya yollanırlar.

Gəmilərdən biri meteoritlə toqquşub məhv olur. İkisi məzil başına salamat gedib çıxa bilir.

İki gəmidən birində sovet kosmonavtları, o birində adi sovet kişiləri və qadınları, həmçinin bir amerikalı və bir amerikan insanabənzər robotu var. Orada təhlükəli vulkanlar və dinozavr tipli vəhşi heyvanlarla rastlaşırlar.

Solyaris

Tarkovski "Solyaris"i çəkərkən, 1971
Tarkovski "Solyaris"i çəkərkən, 1971

Andrey Tarkovski “Solyaris” ikihissəli filmini (1972) polyak fantast yazıçı Stanislav Levin əsəri əsasında çəkilib.

İnsanlığın əxlaq problemləri qeyri-yer zəkası prizmasından nəzərdən keçirilir. Kann kinofestivalının mükafatını alıb.

Hadisələr qeyri-müəyyən gələcəkdə baş verir. Solyaristika – uzaq Solyaris planetini öyrənən elmdir, bu elm dalana dirənib. Yerdə müzakirə başlanır: bu planetin tədqiq olunmasına maliyyə ayırmağa davam etməli, ya yox.

Bu vaxt pilot Berton Solyaris planetinin okeanında zəka olduğu haqda mülahizə irəli sürür. Psixoloq Кris Kelvin məsələni aydınlaşdırmaq üçün Solyarisə uçur.

“Solyaris” elmi stansiyasında artıq neçə illərdir ki, üç alim yaşayır: Snaut, SartoriusGibaryan.

Psixoloq onların yanına gələndə görür ki, ekipaj üzvləri depressiyadadır, onlara ən əzablı xatirələri maddiləşərək, baş çəkir. Bu “qonaq”lardan qurtulmaq mümkün deyil.

Onlardan biri – Gibaryan intihar edir, intihardan əvvəl deyir: “Bu nəsə vicdan məsələsidir.” Belə çıxır ki, planetin zəkalı okeanı bu üç ekipaj üzvünü özünə tədqiqat obyekti edib.

Psixoloq Kelvinə də belə “qonaq” baş çəkir. Okean onun 10 il bundan əvvəl intihar etmiş arvadının surətini canlandırır.

Əvvəlcə psixoloq Kelvin qadından qurtulmağa çalışır. Amma qurtuluş yoxdur. Kelvin onunla canlı insan kimi rəftar etməyə başlayır.

Öz varlığıyla Kelvinə əzab verdiyini başa düşən qadın əvvəlcə özünü öldürmək istəyir. Amma bu alınmır. Sonra ekipaj üzvlərindən onu öldürmələrini istəyir. Onlar bunu edirlər.

Daha sonra ekipaj üzvləri okeana psixoloq Kelvinin beyin ensifolaqrammasını göndərirlər, nəticə hasil olur: “qonaq”lar daha gəlmirlər. İndi isə okeanın üzündə qəribə adalar əmələ gəlməyə başlayır.

İşi tamamlanan Kris Kelvin Yer kürəsinə, atasının yanına qayıdır. Kandarda onlar Rembrandtın “İtmiş oğulun qayıdışı” rəsminin surətləri pozasında görüşürlər.

Bundan sonra kamera yuxarı qalxır və Yer kürəsinin Solyaris okeanında bir ada olduğu görünür.

Stalker

A.Tarkovski "Stalker" çəkilişində
A.Tarkovski "Stalker" çəkilişində

A.Tarkovskinin "Stalker"i sovet yazıçıları Arkadi və Boris Struqatskinin romanı əsasında çəkilib.

Filmdəki hadisələrə görə, 20 il bundan əvvəl o əraziyə meteorit düşüb. İndi isə ərazidə (Zona) qeyri-adi hadisələr baş verir, insanlar yoxa çıxır. Zonada ən səmimi arzuların gerçəkləşdiryi bir otaq olması haqda şayiələr dolaşır.

Filmin qəhrəmanı təzəlikcə türmədən çıxıb, ləqəbi Stalkerdir. Arvadı və xəstə qızıyla kasıbyana həyat sürür. Stalker Zonaya qeyri-leqal səfərlər təşkil edir, bələdçiliklə pul qazanır. Arvadı bundan narazıdır.

Filmin əvvəlində üç nəfər Zonaya girib otağı tapmağa çalışır, Məlum olur ki, hələ bir neçə yüz metr dolanbac yollar getməlidirlər.

Yolda “ətçəkən maşın” kimi bir çox təhlükəli yerlər var. Qəhrəmanlar nəhayət, otağa çatırlar. Onlardan birinin ləqəbi Yazıçıdır. Yazıçı Arzu diləməkdən son anda vaz keçir.

Professorun arzusu isə arzu etmək deyil, bu otağı dağıtmaqdır, bu səbəbdən özülə atom bombası gətirib. Şüuraltı gizli arzuların həyata keçərək, insanlığı məhv etməməsi üçün bu otağı dağıtmaq istəyir.

Stalker onu dilə tutur ki, Otağı məhv etməsin. Qəhrəmanlar heç bir arzu etmədən Otağın kandarından geri qayıdırlar.

Sıfır şəhər (Zerograd)

"Zerograd" filmindən
"Zerograd" filmindən

"Sıfır şəhər" Perestroyka dövrünün ən böyük filmlərindəndir (1988).

Karen Şahnazarovun bu filmi Aleksey Varakin adlı moskvalı mühəndisin ətrafında cərəyan edir.

Kondisionerlərin texniki detallarını dəyişdirmək üçün bir zavoda gəlir.

Bu zavodun qəribəlikləri içəri girən andan başlanır.

Onun saat yarım əvvəl sifariş etdiyi buraxılış vərəqəsi hələ hazır deyil. Katibə ortalıqda çılpaq gəzir, amma heç kəs buna qeyri-adi baxmır, əhəmiyyət vermir.

Direktorun xəbəri yoxdur ki, zavodun baş mühəndisi səkki zay bundan əvvəl maşın qəzasında ölüb.

Zavodun yeməkxanasında mühəndisə öz başı formasında tort təklif edirlər. O, yeməkdən imtina edəndə aşbaz ürəyinə güllə sıxıb özünü öldürür.

Çətin yollarla ulduzlara

"Çətin yollarla ulduzlara" filminin afişası
"Çətin yollarla ulduzlara" filminin afişası

SSRİ dağılandan sonra rus hipsterlərinin kultuna çevrilmiş bu filmi rejissor Riçard Viktorov (1981) yazıçı Kir Buliçovun romanı əsasında çəkib.

21-cü əsrdə fəzada yadplanetlilərin sıradan çıxmış kosmik gəmisi və içində ölü yadplanetlilər tapılır.

Onlardan biri – humanoid qadın sağdır, yaddaşını itirib. Onu Yer kürəsinə gətirirlər.

Alim Lebedev onu öz evinə aparır, adını Niya qoyur. Bir müddət sonra Niyanın fövqəltəbii qabiliyyətləri üzə çıxır. Humanoid klonları idarə etmək üçün onun beynində xüsusi neyromərkəz var.

Qəflətən Niya öz vətəni olan Dessa planetini, oradakı evini xatırlayır. Deyir ki, orada biznesmenlər pul üçün təbiəti dağıdırlar.

Niya öz planetinə qaytarılır. Ora çatanda onun beyni yerli monopolistin əlinə düşür…

XS
SM
MD
LG