Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:49

İranda azərbaycanlılar təhqiramiz verilişə etiraz edirlər- [Video]


►İranın bir neçə şəhərində İRİB TV-2 kanalında yayımlanmış verilişə etiraz olaraq nümayişlər keçirilir.

İlk olaraq, nümayişlər Qərbi Azərbaycan əyalətinin mərkəzində, Urmiyə Universitetinin yüzlərlə tələbəsi tərəfindən keçirilib.

Əsasən İranda yaşayan azərbaycanlılar barədə xəbərlər yayan Oyan News səhifəsinin verdiyi məlumatda deyilir ki, tələbələr Urmiya universitetinin binasının qarşısında toplaşıblar.

Onlar "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Türk dilində mədrəsə" və "Haray haray, mən türkəm!" şüarlarını səsləndirib.

Etirazların Təbriz, Xoy, Marağa, Zəncan və Tehran şəhərlərinə də yayıldığı bildirilir.

(Videonu izlə)

Təbrizdə kütləvi aksiyadan görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

İRİB TV-2 kanalında yayımlanan "Fitilieh" (farscadan tərcümə: fitil) verilişində nə deyiblər?

TUALET FIRÇASI...

Uşaqlar üçün nəzərdə tutulmuş komediya proqramında bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasın səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir.

Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir.

Həmin verilişin necə təhqiramiz olduğunu göstərmək üçün azərbaycanlı fəallar onu Youtube-a yerləşdiriblər. (İzlə)

İBRAHİM SAVALANLA MÜSAHİBƏ

İrandan ictimai fəal İbrahim Savalan AzadlıqLive-a deyir ki, belə verilişlər İranda ilk dəfə deyil ki, göstərilir. səslənir. Aksiyalarda nə tələb olunur? İran rəsmilərinin belə verilişə cavabı nədir? (Dinlə)

Gözlə

No media source currently available

0:00 0:04:31 0:00
Direct-ə keçid

Buna da bax: Azərbaycanlıların qəzəbinə səbəb olmuş karikatura müəllifi mühacirətdə kitab yazıb

2006-CI İL. TARAKAN KARİKATURASI

Xatırladaq ki, buna oxşar ən böyük qalmaqal 2006-cı ildə baş verib.

Həmin il mayın 12-də yarımrəsmi "İran" qəzetinin uşaqlar üçün "Kudək" (Bəbə) adlı bazar buraxılışında karikatura çap edilmişdi.

Həmin karikaturada uşaq tarakanla fars dilində damışmağa çalışır, tarakansa ona azərbaycanca cavab verərək "Nəmənə?" (Təbriz ləhcəsində "nə") deyir.

Həmin karikaturaya etiraz olaraq İranın Təbriz, Ərdəbil, Xoy, Sulduz və başqa şəhərlərində azərbaycanlılar kütləvi aksiyalar keçirmişdilər. (Ardı o zamankı aksiyanın videosundan aşağıda)

Ən böyük aksiya Təbrizdə təşkil edilmiş, iğtişaşlara çevrilmiş, polislə qarşıdurma olmuşdu.

Rəsmi məlumatlara görə 4 nümayişçi ölmüş, 330 nəfər həbs edilmişdi.

Hüquq müdafiəçiləri bu rəqəmlərin kiçildilmiş olduğunu deyirlər.

Etirazlardan bir müddət sonra qəzet bağlanmış, baş redaktor Mehrdad Qasemfar və rəssam Məna Neyestani həbs edilmiş, amma sonradan azadlığa buraxılmışdılar.

XS
SM
MD
LG