Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Fətəli xan Xoyskinin xoşbəxt anları varmış...


Fətəli xan Xoyski, 1906
Fətəli xan Xoyski, 1906

►Fətəli xanın babaları çar ordusunda böyük vəzifə sahibi olublar. Babası general-mayor, atası general-leytenantmış.

Xoyskinin həyat yoldaşı rus olub - Yevgeniya xanım. Amma müsəlmanlığı qəbul edib və Ceyran xanıma çevrilib”.

Oğlu sürücülük edib...

“Xan Xoyskiyə Azərbaycan istiqlalının bəyannaməsini bütün dünyaya bildirmək səadəti nəsib olub”.

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramında tarixçi alim Firdovsiyə Əhmədova səsləndirib.

İz
Gözlə
Embed

No media source currently available

0:00 0:30:00 0:00

Proqram Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyskiyə həsr olunmuşdu.

FƏTƏLİ XANIN XOŞBƏXT ANLARI...

Firdovsiyə xanım bu günlərdə 140 yaşını tamamlayan Xan Xoyskinin xoşbəxt anlarını belə sadaladı:

“1920-ci il yanvarın 11-də Antanta Ali Şurası tərəfindən Azərbaycanın müstqəilliyi de-fakto tanınanda, o xəbəri Xarici İşlər Naziri statusunda Azərbaycan Parlamentinə Fətəli xan bildirdi. Fərtəli xan bu xəbərin də çatdırılmasından xoşbəxtlik duyduğunu yazır” .

Buna da bax: «Bit bazarı»ndan reportaj

YÜK

Verilişin bələdçisi Firdovsiyə xanım ikinci hökumət dönməmində də Fətəli xanın üzərinə böyük yük düşdüyünü deyib:

“Birinci hökumət qısamüddətli oldu. Hakimiyyət böhranı ucbatından 2-ci hökumət dönəmində Milli Şura istefaya getməyə məcbur qaldı. Burda maraqlı bir məqam var. Azərbaycan dövlətçiliyi naminə siyasi karyeralarından, partiya mənsubluğundan asılı olmayaraq, bu insanların hər biri şəxsi təəssübkeşliyindən uzaqlaşıb öz fəaliyyətlərini dondurdular və bütün hakimiyyəti hökumətə verdilər. İkinci hökumət aqrar məsələ ilə bağlı qanunu və hakimiyyəti 3-cü tərəfə güzəştə getməmək şərti ilə tam səlahiyyətliydi. Qısa müddətdə Müəssislər (Qurucular – red.) Məclisi çağrmalıydı. Bunlar Fətəli xan Xoylunun üzərinə düşən yük idi...”.

Buna da bax: Azərbaycanda bu adlar qadağan olundu

“İLK NÖVBƏDƏ BAKINI AZAD ETMƏK LAZIM İDİ”

Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

Tarixçi alim Fətəli xanın üzərinə düşən yükləri belə sadaladı:

“İlk növbədə Bakını azad etmək vəzifəsi gerçəkləşdirilməliydi. Hökumətin maliyyəsi yox dərəcəsində idi. Ərazisi hakimiyyəti altında deyildi... İngilis-Britaniya hərbi qüvvələrinə , eser-menşevik-daşnakların qoşunlarına qarşı mübarizə aparmaq lazım idi. Yeganə istinad olunacaq beynəlxalq qüvvə Osmanlı idi. Rəsulzadənin başçılıq etdiyi heyət Osmanlıda Azərbaycan Cümhuriyyətini təmsil edirdi. Nəzərdə tutulmuşdu ki, İstanbul konfransı açılsın. Rəsulzadə ilə Xan Xoyskinin o dövr məktublaşmalarına baxanda, bütün bunlar üzə çıxır. İlk növbədə, Bakının azad edilməsi”.

Buna da bax: Putin-in yanlışlar dərsliyi

FƏTƏLİ XAN İKİNCİ HÖKUMƏTDƏ NƏLƏR ETDİ?

Verilişin bələdçisi bu sualı belə cavabladı:

“Daha sonra Azərbaycan türkcəsinin dövlət dili sayılması, ölkədə hərbi vəziyyət elanı, tarixi adların bərpası gerçəkləşdirildi. Ən önəmlisi, iyulun 15-də Fövqəladə Tədqiqat Komissiyası yaradılması barədə qərar verildi - I Dünya Müharibəsi dövründə Cənubi Qafqazda müsəlmanlara qarşı törədilmiş qarət və qırğınların araşdırılmasıyla bağlı. Təbii ki, ağırlıq 1918-ci il mart qırğınlarının üzərinə düşürdü. Məktəblərin milliləşdirilməsi, dərsliklərlə təchizi və s. Və mən deyərdim ki, Azərbaycan dövlət quruculuğunun qanunvericilik funksiyasının beşiyi məhz 2-ci hökumət dövrü ilə bağlıdır. Sonralar parlament açılanda, bu təməl üzərində həmin məsələlər həyata keçirildi”.

Buna da bax: Prokuror Pənah Hüseynin qohumlarına iş istədi

ÖNCƏKİ FƏALİYYƏTİ

Firdovsiyə xanım Fətəli xanın cümhuriyyətəqədərki fəaliyyətini də yüksək dəyərləndirdi:

"Fətəli xan çox az azərbaycanlıya nəsib olan bir missiyanı da yerinə yetirib. 1907-ci ildə Rusiya II Dövlət Dumasında Cənubi Qafqazı, o cümlədən Azərbaycanı təmsil edib. Bu dövrdə Fətəli xanın “Kadet” partiyasına yaxınlığı da öz xalqının azadlığı yönündə apardığı mübarizə çərçivəsində olub”.

Buna da bax: Avropa və Türkiyə yaxınlaşır, amma...

BAKI DUMASININ SƏDRİ

Fətəli xanın Bakı Dumasındakı fəaliyyəti də diqqət çəkib:

“1913-cü ildən 1917-ci ilədək Bakıdakı fəaliyyəti dövründə yenə də öz peşəsindən əlavə, həm də ictimai işlə - xeyriyyəçiliklə məşğul olub. 1917-ci ilin payızında Bakı şəhər Dumasına seçkilər keçirilib və Fətəli xan Bakı şəhər Dumasının sədri seçilib”.

Buna da bax: Bankomat telefon aparatı olmaq istədi...

ONU ŞƏXSİYYƏTƏ ÇEVİRƏN AMİL...

Firdovsiyə xanım, bütün bunlarla birgə, onu şəxsiyyətə çevirən amilin Cümhuriyyət dövrü ilə bağlı olduğunu vurğulayır və elə bu üzdən Fətəli xan Xoylunu görkəmli dövlət xadimi adlandırır:

“Fətəli xanın fəaliyyətinin ən zəngin və onu Azərbaycan xalqına tanıtdıran dövrü Cümhuriyyət dönəmiylə bağlı xidmətləridir. Təbii ki, bir peşəkar hüquqşünas, bir xeyriyyəçi, bir ictimai xadim kimi də ondan söz açmaq olar. Amma Azərbaycanın sınaq anında onu Fətəli xan Xoyski kimi şəxsiyyətə çevirən amil Cümhuriyyət dövrü ilə bağlıdır. Bu baxımdan Azərbaycan istiqlalının elanından tutmuş, baş nazir, daha sonra xarici işlər naziri kimi fəaliyyəti dövründə, ta ömrünün sonunadək Fətəli xan Xoyskinin mövqeyi qətiyyətli, cəsarətli və prinsipial olub”.

Buna da bax: Türkiyədə öldürülən Tahir Elçi kimdir?

BAŞ NAZİR POSTU - TAXTA GƏMİ, FIRTINALI GÜN...

Fətəli xanın iş masası, şəxsi əşyaları, Gəncədə qorunur
Fətəli xanın iş masası, şəxsi əşyaları, Gəncədə qorunur

Verilişin bələdçisi Fətəli xanın baş nazirliyi postunun qiymətini Üzeyir Hacıbəylinin poetik tərzdə verdiyini bildirdi:

“Üzeyir bəy deyir ki, taxta parçalarından yaranmış gəmini fırtınalı bir gündə elə idarə etmək lazım idi ki, dağa-daşa çarpmadan onu fırtına yatanadək salamat saxlaya biləsən... Bax, Fətəli xan Xoylu bu işi görə bildi”.

AİLƏSİ

Verilişin digər bələdçisi - diplomat Pərvin Mirzəzadənin bildirdiyinə görə, Fətəli xanın iki övladı olub:

“Fətəli xan Xoyskinin uşaqları anamın uşaqlıqda qonşuları olub. Onlar indiki İstiqlaliyyət, ovaxtkı Kommunist küçəsində, “İsmailiyyə” binası ilə üzbəüz, ruslar demişkən, “İtalyanski dvor”da - kommunal mənzilli bir həyətdə yaşayırdılar. Mənim anam onun qızı ilə dostluq edib. Yəni Fətəli xan Xoyskinin nəvəsi ilə”.

Buna da bax: Azərbaycan ədəbiyyatı kitabxanası (on-line yenilənir)

FƏTƏLİ XANIN OĞLU SÜRÜCÜ OLUB...

Pərvin Mirzəzadə taleyin bir ironiyasından da danışdı:

“Dediyim kimi, anam danışırdı ki, onlar çox ağır şəraitdə yaşayıblar, bir otaqda - bir neçə nəfər. Fətəli xan Xoyskinin oğlu sürücü olub. Bilirsiniz ki, 30-cu illərdə əsilzadə sinfinə aid olan nəsillər müəyyən hüquqlardan məhrum olunmuşdular, o cümlədən ali təhsil hüququndan. O üzdən oğlu ali təhsil ala bilməyib...”.

HƏYAT YOLDAŞI RUS...

Verilişin bələdçisi Fətəli xanın həyat yoldaşından da söz açdı:

“Xoyskinin həyat yoldaşı rus olub - Yevgeniya xanım, amma o, Fətəli xan Xoyski ilə evlənəndə müsəlmanlığı qəbul edib və Ceyran xanıma çevrilib”.

Buna da bax: Hörmətli adamlar... Necə də dələduzdurlar!

KÜRƏKƏNİ BOLŞEVİK!

Pərvin Mirzəzadə Fətəli xanın qızıyla bağlı da maraqlı fakta toxundu:

“Maraqlıdır ki, Fətəli xan Xoyskinin qızı Tamara xanımın əri böyük bir bolşevik olub - Mirzə Davud Hüseynov. O, bolşevik işğalından sonra Azərbaycan Sovet Sosialist Respublikasının Xarici İşlər xalq komissarı, daha sonra Tacikistan Kommunist Partiyasının 1-ci katibi olub və 37-ci ildə güllələnib...”

Buna da bax: Azərbaycan rusiyalı turistlərin cəlbinə çalışır

ŞANSSIZ GENERAL NƏVƏLƏRİ...

Pərvin Mirzəzadə Fətəli xanın övladlarının babalarına nisbətən şanssız olduğunu vurğuladı:

“Fətəli xanın babaları çar ordusunda böyük vəzifə sahibi olublar. Babası general-mayor, atası general-leytenantmış. Təəssüflər ki, zamanın gərdişindən onun övladları buna nail ola bilməyiblər. Düzdür, qızı Tamara xanım ali təhsil ala bilib, ancaq uzunmüddətli sürgün həyatı yaşayıb. 37-ci ildə repressiyalarla üzləşib. 50-ci illərdə Azərbaycana qayıdıb. Qayıdandan sonra uzun müddət Nazirlər Kabinetində çalışıb”.

Buna da bax: Neftçalada Nardaran hadisəsi ilə bağlı iki nəfər saxlanılıb

QƏTL

Həsən bəy Ağayev
Həsən bəy Ağayev

“Fətəli xan niyə qətlə yetiriliib, onun qətli kimə sərf edirdi” sualını Firdovsiyə xanım belə cavablandırıb:

“Azərbaycan Cümhuriyyətinin bir çox xadimi cümhuriyyət devriləndən sonra qətlə yetirildi. Cümhuriyyətin 5 koalisyon hökuməti, ancaq iki hökumət başçısı olub - üçündə Fətəli xan, ikisində Nəsib bəy Yusifbəyli. Və hər ikisi Aprel işğalından dərhal sonra qətlə yetirilib. Behbud ağa Cavanşir və Həsən bəy Ağayev də xaincə öldürülüblər. Onları qətlə yetirənlər qisasçılıq zəminində o addımı atmışdılar”.

Buna da bax: Azərbaycanda kompüter istehsalına başlanır

1920-Cİ İL, 19 İYUN

Fətəli xanın qətl səbəbi verilişdə belə yozuldu:

“1920-ci il iyunun 19-da Fətəli xan “Daşnaksütyun” partiyasının təmsilçisi olan qatil tərəfindən Tiflisdə öldürüldü. 1918-ci iliin sentyabrında Bakı azad olunanadək, yəni 1918-ci ilin yazından sentyabradək, müsəlmanlara qarşı erməni yaraqlılarının törətdiyi kütləvi qırğınlar baş vermişdi. Osmanlı ordusu və sentyabrın 17-də Bakıya köçən Cümhuriyyət hökuməti nə qədər çalışsa da -bu barədə Fətəli xan Xoylunun birbaşa sərəncam və göstərişləri var - əhalini qisasçılıq hisslərindən qoruya bilməmişdilər... Erməni tarixçiləri bu günün özündə də, özlərinə məxsus şəkildə 1918-ci il mart qırğınlarından bəhs olunanda, sentyabr hadisələrini yada salır, guya o dövrdə ermənilərin də kütləvi qətlindən bəhs etməyə çalışırlar. Və bu zəmində də, Fətəli xan Xoylunun o dövrdə hökumət başçısı olduğunu əsas götürərək, işğaldan dərhal sonra onu qətlə yetirdilər. Eyni zamanda Behbud ağa Cavanşiri İstanbulda öldürdülər. Çünki həmin dövrdə o da daxili işlər naziri idi...”.

Buna da bax: Neymar özünü üçlükdə görür

MƏZARI

Firdövsiyə xanım son olaraq bunları dedi:

“Fətəli xanın qəbri Həsən bəy Ağayevlə birlikdə Tiflisdə - Mirzə Fətəli Axundovun məzarının yanındadır. 1995-ci il dekabrın 18-də, ozamankı prezident Heydər Əliyevin sərəncamıyla (Fətəli xanın 120 illik yubileyinə dair - red.) onun məzarı təmir olundu. Qəbirüstü abidəsi ucaldıldı. Bu baxımdan, ən azı, Fətəli xan Xoylunun məzarı əlçatan bir məkandadır - ölkə hüdudlarından çox da kənarda deyil...”.

XS
SM
MD
LG