Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Göydəkilər dənizdəkilərə qibtə edir...


►Azərbaycanda dəniz nəqliyyatında əmək haqları kəskin artıb.

Nəticədə indi gəmidə üzənlərin maaşları hava gəmilərini uçuranlarınkından xeyli artıqdır.

Dövlət Statistika Komitəsinin məlumatna görə, dəmiz nəqliyyatında çalışan 6700-dən çox işçinin orta aylıq əmək haqqı bu lin yanvar-sentyabr aylarında 1043 manat 30 qəpik olub.

Bu, ötən ilin eyni dövründəkindən 41,6 faiz çoxdur.

Hava nəqliyyatnda işləyənlərin orta əmək haqqı isə 822,3 manatdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (AXDG) Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Vüqar Sadıqov AzadlıqRadiosuna maaşların birdən-birə deyil, mərhələli şəkildə artırıldığını deyib.

Gəmiçilikdə təmir və digər xidmət sahələri daxil olmaqla 8600-dən çox işçi çalışır. Onların bir çoxu beynəlxalq sularda üzən quru yük gəmilərində çalışır. Hazırda Qara dəniz və Aralıq dənizi sularında gəmiçiliyin 5 gəmisi Rusiya, Türkiyə və başqa ölkələrin yüklərini daşıyır.

Buna da bax: Fətəli xan Xoyskinin xoşbəxt anları varmış...

2014-cü ildə AXDG 282,5 milyon manat gəlir götürüb. Bunun 85,4 milyon manatı əmək haqqı fonduna yönəldilib. “Ernst & Young” şirkətinin auditor rəyində deyilir ki, gəmiçiliyin sədri və onun 4 müavini 2014-cü ildə əmək haqqı və mükafat şəklində toplam 102 min manat, yəni adambaşı aylıq 1700 manat gəlir götürüblər.

AXDG 2014-cü ilin yanvarında iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi nəticəsində yaranıb.

XS
SM
MD
LG