Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:21

Yeni şirkət kişilərə hicablı gəlin tapır


Şəriət qaydaları ilə tanışlıq
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Şəriət qaydaları ilə tanışlıq

►Kişilərdən min som alınırsa qadınlar üçün xidmət pulsuzdur

Qırğızıstanda İslam nikah agentlikləri get-gedə populyarlaşır. Onlar müştərilərə əsl müsəlman arvadlar tapmağa söz verirlər.

Bir çox gənc qırğız inanclı gəlin tapmaq arzusundadır. Müsəlman qadınların özləri isə antiislam tendensiyalarına görə stress yaşamaqdadırlar.

Nikah agentliyində bəyləri və gəlinləri şəriət qaydalarına görə seçirlər. Kişilərə qızların şəkillərini göstərmirlər. Qızlarsa görüşə tək gəlmirlər, mütləq yanlarında bir böyükləri gəlir.

İslam nikah agentliyinin əsasını qoyan Burul Jeniş kızı deyir ki, agentlik yalnız gündə beş dəfə namaz qılan və İslamın əsaslarını yaxşı bilənləri qəbul edir. Bunun müəyyən etmək üçün müştərilərlə söhbət aparılır. Kişilərdən min som alınırsa qadınlar üçün xidmət pulsuzdur.

Bişkəkdə inanclı qızlarla evlənmək istəyənlərin sayı o qədər çoxdur ki, hətta bu mövzuda elanlara tədris müəssisələrində də rast gəlmək olur. Burul deyir ki, onun köməkçiləri bu işdə uzun müddət qalmırlar, bir-birinin ardınca ərə gedirlər.

Buna da bax: Meyitlər nardaranlılara qaytarılıb

Quran müəlliməsi Nurayım Saparbay kızı isə deyir ki, özü içki içən və siqaret çəkən çox sayda kişi var ki, gəlib deyirlər ki, “məni inanclı qızla tanış elə”. “Mən həmişə belələrini rədd edirəm,” deyə o əlavə edir.

Belə kişilər qızlara yaxınlaşmağa qorxurlar, çünki dindar qızlar küçədə tanış olmazlar.

Quran kursunun şagirdlərindən biri deyir: “Biz kişi deyilik ki, xoşumuza gələn insanlarla tanış olaq. Biz yalnız dua edib Allahdan bizə yaxşı ər göndərməsini istəyə bilərik."

Müsəlman gəlinlər kişilər arasında xüsusi populyarlığa malik olsa da hicablı qadınlar cəmiyyətdə müxtəlif problemlərlə qarşılaşırlar.

Nuriza adlı qadının sözlərinə görə, dünyada baş verən son hadisələr fonunda hicablı qadınlara nifrət əvvəlkinə nisbətən artıb. “Məktəbdə mənə dedilər ki, bura dünyəvi məktəbdir, hicabınızı çıxardın. Mən riyaziyyat fakültəsini bitimişəm və dünyəvi geyimdə gəzən müəllimələrdən pis dərs demirəm,” deyə o narazılığını bildirir.

XS
SM
MD
LG