Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:35

«Azəriqaz» və «Azərişıq» Nardaranda iş aparır


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Azəriqaz» və «Azərişıq» əməkdaşları Nardarandadır. Onlar sakinlərin qaz və elektrik enerjisi təminatında yaranan problemlərlə maraqlanırlar.

Bu haqda AzadlıqRadiosuna kənd sakini Natiq Kərimov deyib: «Qaz borularını «svarkalayırlar», sayğaclara baxır, kartları yoxlayırlar. Deyiblər ki, bizə qaz da, işıq da verəcəklər».

«Azəriqaz» İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev deyir ki, onlar məhəllə-məhəllə kəndin qazla təchizatını təmin edəcəklər: «Bunun məlum hadisələrlə əlaqəsi yoxdur. Kənddə qanunsuz qaydada qazdan istifadəyə görə yay aylarından mavi yanacaqla təminat dayandırılmışdı. İndi isə sakinlərin sayğacları yenilənəcək və «Azəriqaz»la fərdi qaydada müqavilə bağlayanlara qaz veriləcək».

«Azərişıq»la hələlik danışa bilməmişik.

Kənd hələ də işıqsızdır. Nardaran sakinləri dekabrın 4-də soyuq gecəni qaranlıqda, istiliksiz keçirməli olublar.

Natiq Kərimov kəndin əsas yollarında Daxili Qoşunların əsgərlərinin və xüsusi təyinatlı polisin nəzarət etdiyini bildirir. Kəndə girib-çıxanlar da yoxlanılır.

Noyabrın 26-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Atışma nəticəsində 2 polis əməkdaşı da daxil olmaqla 7 nəfər ölüb. Dekabrın 1-də qəsəbəyə daxili qoşunlar və hərbi texnika yeridilib. 30-dan çox adam həbs edilib.

XS
SM
MD
LG