Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:46

Naqif Həmzəyev: «Mənim bir liderim var»


Naqif Həmzəyev
Naqif Həmzəyev

-

«Bir daha bəyan edirəm ki, tək liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. Mən Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm və etmək də fikrim yoxdur».

report.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Deputat Rəsulzadəni tarixi şəxsiyyət saydığını və bütün tarixi şəxslərə hörməti olduğunu bildirib. «Millət vəkili heykəl qoymur. Təəssüf ki, qeyri-rəsmi ortamda olan dialoq təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb. Mənim söylədiyim tək söz var ki, yeganə liderim Heydər Əliyevdir», - deputat söyləyib.

O, informasiya terrorunun qurbanına çevrildiyini bildirib:»Bütün deputat həmkarlarımdan, ictimaiyyət nümayəndələrindən və jurnalistlərdən xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər. Mən fəaliyyətimin ilk dövrünü istəmirəm ki, məhkəmə ilə başlayım. Buna görə sadəcə olaraq susmağı və səbir etməyi üstün tuturam».

«Yeni Müsavat» qəzeti yazmışdı ki, Gəncədən deputat seçilən Həmzəyevdən bu şəhərdə Rəsulzadəyə qoyulan büstün başına torba keçirilməsinin səbəbi ilə maraqlanıb. O da buna cavab olaraq ADR liderinin ünvanına xoşagəlməz sözlər söyləyib.

Bu yazılanlar mediada və sosial şəbəkələrdə qınaqla qarşılanıb.

PARLAMENTDƏ RƏSULZADƏ İLƏ BAĞLI MƏSƏLƏ QALDIRILDI

Milli Məclisin dekabrın 4-də keçirilən iclasında deputat Fazil Mustafa həmkarı Naqif Həmzəyevin M.Ə.Rəsulzadə barədə söylədiyi fikirlərin müzakirəyə çıxarılmasını təklif edib.

O, Rəsulzadə haqqında təhqiramiz fikir söylənilməsinin yolverilməz olduğunu bildirib.

APA-nın məlumatına görə, F.Mustafa deyib ki, tənqidi fikirlər ola bilər, ancaq təhqirə yol vermək olmaz. O qeyd edib ki, Gəncədə M.Ə.Rəsulzadənin büstündən çuvalın götürülməsi yaxşı haldır, ən azı, tənqidlərdən yəqin müəyyən nəticələr çıxarılıb: «Bir məqamı deyim. Biz Heydər Əliyevə qarşı kəskin mübarizə aparmışıq, ancaq Heydər Əliyev Əbülfəz Elçibəy vəfat edəndə gəlib onun başı üzərində dayandı. Heydər Əliyevə cəbhəçilərin münasibəti tam dəyişdi».

MM sədrinin birinci müavini Ziyafət Əsgərov Naqif Həmzəyevin müsahibəsində belə fikir söyləmədiyini deməsinə diqqət çəkib: «Naqif Həmzəyev deyib ki, belə fikir söyləməyib, fikirləri kontekstdən çıxarılıb. Dəqiqləşməmiş məsələyə biz nə münasibət bildirək? «Qəzet redaksiyası ilə deputat oturar, məsələni aydınlaşdırar, sonra münasibət bildirilər».

Həmçinin bax - AzadlıqRadiosunu Youtube kanalında izləyin

XS
SM
MD
LG