Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:27

Kənd təsərrüfatına kredit qoyuluşu azalıb


Traktor
Traktor

-

Oktyabrda kənd təsərrüfatına ayrılan kredit sentyabrla müqayisədə 72 milyon manat azalıb. Sentyabrda ümumi portfelin 4 faizi olan həmin kredit növbəti ayda 3.7 faizə enib.

Buna diqqət çəkən ekspert Vahid Məhərrəmov belə deyir: «Kənd təsərrüfatı ili»ndə aqrar sahəyə verilən kreditlərin həcmi, təəssüf ki, kəskin şəkildə aşağı düşüb. Mərkəzi Bankın statistikasına görə, kənd təsərrüfatına verilən kreditlərin azalması bu ilin sentyabr ayından başlanıb. Ötən ilin sentyabrına nisbətən bu ilin eyni dövründə aqrar sahəyə ayrılan kreditlərin həcmi 6.2 faiz azalıb. Oktyabrda isə həmin kreditlərin həcmi gözəçarpan dərəcədə aşağı düşüb».

«DEVALVASİYA FERMERİN XƏRCİNİ ÇOXALDIB»

Ekspert bildirir ki, sektora kredit qoyuluşu 2014-cü ilin oktyabrı ilə müqayisədə 132 milyon 200 min manat və ya 16.3 faiz azdır: «Fermerlər, sahibkarlar banklardan aldığı kreditləri, əsasən, istehsal vasitələrinin alınmasına sərf edirlər. Ölkəyə gətirilən istehsal vasitələrinin alışı, başlıca olaraq, ABŞ dollarının kursu ilə gerçəkləşir. Manatın 34 faiz ucuzlaşması fermer və sahibkarların xərclərini milli valyuta təməlində bir o qədər artırıb».

«PUL YOXSA, NƏTİCƏ DƏ OLMAYACAQ»

Vahid Məhərrəmovun fikrincə, kənd təsərrüfatına yatırımlar azalarsa, yüksək nəticə gözləməyə də dəyməz: «Fermerlərimizin əldə etdiyi gəlir çox aşağıdır. Onlar təsərrüfatlarını genişləndirib-gəlişdirə bilmirlər. Fermerlərə verilən kreditlər artırılmalıdır».

XS
SM
MD
LG