Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:28

Türk alim Aziz Sancar Nobel çıxışını edib


Aziz Sancar
Aziz Sancar

-

Bu gün türk biokimyaçı, 1982-ci ildən ABŞ-da işləyən Aziz Sancar'a İsveç Kralı XVI Gustaf Kimya üzrə Nobel mükafatının medalını və diplomunu təqdim edib. O, öz Nobel çıxışını edib.

Çıxışına "Elmi tədqiqatlar vakuumda aparılmır, bizdən əvvəlkilərin və müasirlərimizin işləri əsasında aparılır" deyə başlayıb. Özündən əvvəl bu sahədə xidmətləri olan çoxlu alimlərin adlarını prezentasiya nümayişilə göstərib.

Zədələnmiş DNT hüceyrələrinin bərpası üzrə öz tədqiqatları haqda geniş məlumat verib. Bədənimizin xərçəngdən yayınmaq üçün hansı bərpa mexanizmlərinə ehtiyacı olmasından, bu sahədəki elmi kəşflərdən, çətinliklərdən və perspektivlərdən danışıb.

O, bu mükafata iki kimyaçı həmkarıyla birgə layiq görülüb: isveçli Tomas Lindahl və amerikalı Paul Modrich.

Aziz Sancarın çıxışına burada baxmaq olar:

XS
SM
MD
LG