Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:37

Rusiyadan pulsuz dönən azərbaycanlılar...


Moskva bazarı
Moskva bazarı

-

Rusiyada miqrantların öz vətənlərinə pul köçürmələrinin 9 aydakı həcmi açıqlanıb. Bu 9 ayda azərbaycanlılar öz ailələrinə 272 milyon manat vəsait köçürüblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 50 faiz azdır.
Söhbət rəsmi köçürmələrdən gedir.

Ümumilikdə bütün miqrantların öz ölkələrinə pul köçürmələrində iki dəfə azalma olduğu bildirilir.

ÖTƏN İL 1200 DOLLAR, BU İL HEÇ NƏ...

Yenicə Rusiyanın Samara şəhərindən dönən Natiq Məmmədov da gəlirlərinin azaldığından şikayətlənir:

«Ötən il Samarada düz bir ay tikinti sektorunda çalışdım. Bütün xərclərimi çıxandan sonra, qayıdanda özümlə 1200 dollar pul gətirmişdim. İndi də bir həftədir Samaradan qayıtmışam. Düz iki ay boş yerə günümü keçirdim. Bu dəfə 1 manat da pul gətirə bilmədim. Evdə məndən başqa çalışan yoxdur. Kredit də bir tərəfdən. Nə edəcəyimi bilmirəm?».

«PODRATÇILAR BİR GÖZÜMÜZÜ AĞLADIB, BİRİNİ GÜLDÜRÜRLƏR»

Natiq Məmmədov deyir ki, Rusiyanın özündə də tikinti işləri azalıb:
«Üstəlik rubl da bu bir ildə xeyli dəyər itirib. Taciklər, özbəklər müəyyən iş tapa bilirlər. Onların əksəriyyəti firmalarda aylıq işə düzəliblər. Bizi isə podratçılar aparır. Podratçılar da bir gözümüzü ağladıb, birini güldürürlər. İxtisar olanda da bizdən başlayırlar».

Yeri gəlmişkən, Rusiyada miqrantlarla bağlı açıqlanan rəqəmlərdə də bu mənzərəni görmək mümkündür. Həmin rəqəmlərə görə, bu 9 ayda taciklər azərbaycanlılardan 3.2, özbəklər isə 9 dəfə çox pul göndəriblər.

BAZARLARIN ÇOXU BAĞLANIB...

Astara rayon sakini Fərhad Əsgərov da Rusiyada qazancı azaldığından
Azərbaycana dönüb. O da deyir ki, uzun müddət Sverdlovsk vilayətinin İrbit şəhərində tikinti sektorunda çalışıb:

- Əvvəl çox yaxşı idi. Rubl düşənə qədər ayda 3000, 3 500 dollar pul qazana bilirdim. Onda 1 dollar 30 rubl idi. İndi rəsmi 70 rubl olub. Gedirsən pul dəyişmə məntəqəsinə 1-2 rubl da orada kəsirlər. İndi aya 1000 dollardan çox qazanmaq olmur. Onun da çoxu xərclərimizə gedir.

- 1000 dollar az deyil ki, qalıb işləmək olmazdı?

- Çətindir, heç indi ruslar iş tapa bilmir. Üç gün əvvəl danışmışam, bazarların çoxu bağlanıb. Azərbaycanlılar qəsəbələrə üz tutublar, orada səyyar ticarətlə məşğul olacaqlar.

«DEDİLƏR, AZƏRBAYCANDA QAZ VURUB, QAZAN DOLDURURLAR»

Son 1 ildə Rusiya bazarlarında alış-veriş də xeyli zəifləyib. Rusiya bazarlarında çalışan azərbaycanlılar deyir ki, əvvəlki illərdə Rusiyanın əyalətlərindən gəlib topdansatış mallar alırdılar. İndi bunun azalması da alveri xeyli zəiflədib.

Masallı rayon sakini Eynulla Eynullayev isə Tula vilayətində fermada çalışıb. Ancaq o deyir ki, Azərbaycana dönməyinə peşmandır:

«Mən olanda rus pulu bu qədər düşməmişdi. Fermada işləyirdim, əkin-biçinlə məşğul idim. Dedilər ki, Azərbaycanda qaz vurub, qazan doldururlar. Qayıtdım Azərbaycana. İndi burada güc-bəla ilə dolanıram. Yaş da artıq keçib...».

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube səhifəsində izləyin

XS
SM
MD
LG