Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:34

«Telegram» şəxsi məlumatları üçüncü tərəfə verməyəcəyini deyir


«Telegram»
«Telegram»

-

Populyar məlumat mübadiləsi əlavəsi - «Telegram»ın yaradıcısı Pavel Durov deyir ki, istifadəçilərin şəxsi bilgilərini və şifrə açarını üçüncü tərəfə vermək fikirləri yoxdur.

Durov hakimiyyətin əməkdaşlıq təklifini bu şəkildə cavablandırıb.

Məsələ bundadır ki, Rusiya prezidentinin müşaviri German Klimenko bu günlərdə «Telegram»ın ya hakimiyyətlə əməkdaşlıq edəcəyini, ya da bağlanacağını bəyan etmişdi.

Klimenko «Dojd» telekanalının efirində söyləmişdi ki, «Telegram» dövlətlərin, o cümlədən ABŞ, Fransa və Almaniyanın sorğularına reaksiya verməyə məcbur qalacaq.

Buna cavab olaraq Durov ««Telegram» onlarla milyon istifadəçi arasında, onlarla bazarda məşhurdur və onlardan birində, ya ikisində blok edilmə təhlükəsi onun məxfilik siyasətinə təsir etməyəcək» deyib.

«NƏ AVROPADA, NƏ DƏ ABŞ-DA...»

Pavel Durov-un fikrincə, prezidentin müşaviri olmayan Qərb təcrübəsinə istinad edir: «Nə Almaniyada, nə Fransada, nə də ABŞ-da təhlükəsiz ünsiyyət vasitələri qadağan edilib. Səbəb sadədir: qanunpərəst vətəndaşların şəxsi yazışmasını zərbə altında qoymadan terrorçuları ünsiyyətdən məhrum etmək mümkün deyil».

Pavel Durov
Pavel Durov

Onun dediyinə görə, Rusiyada hüquq-mühafizə orqanlarının vətəndaşların şəxsi yazışmasına müdaxiləsi «qara bazar»ın yaranmasına gətirəcək, bununla da pul qarşılığında istənilən rusiyalını dinləmək imkanı yaranacaq. Durov sözünün təsdiqi üçün bir misal da gətirir, Rusiyanın mobil operatorları sayəsində istənilən vətəndaşın telefon danışıqlarını dinləmək, izləmək mümkündür.

«Telegram» populyar məlumat mübadiləsi əlavəsi – mesencerdir. Onu fərqləndirən xüsusiyyətlərdən başlıcası təhlükəsizlik məsələlərinə yüksək diqqət verməsidir.

EFF – Rəqəmsal Sərhədlər Fondu mesencerlərin rəqəmsal izlənmədən müdafiəsinə görə müəyyənləşdirdiyi reytinqdə «Telegram»a ən yüksək qiyməti verib. Onun rəqibləri «Signal», «Silent Phone» və «CryptoCat» olub.

XS
SM
MD
LG