Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:36

Dekabrda Mərkəzi Bankın valyuta ehtiyatı 1 milyard dollar əriyib


Mərkəzi Bank
Mərkəzi Bank

-

Mərkəzi Bankın «2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat»ında deyilir ki, valyuta ehtiyatları 5 milyard ABŞ dollarınadək düşüb.

Bu o deməkdir ki, Mərkəzi Bank ötən ilin son ayında manatı qorumaq üçün 1 milyard 245 milyon dollar xərcləyib, çünki noyabrın sonunda valyuta ehtiyatının həcmi 6 milyard 245.6 milyon dollar olub.

Bəyanatda o da deyilir ki, son 1 ildə Mərkəzi Bankın valyuta bazarında satışları 8 milyard ABŞ dollarını ötüb.

NEFTDƏN YIĞILAN DOLLAR GERİ QAYTARILIB?

Mərkəzi Bank güclü satışının xeyrini «neftin yüksək qiymətlərində iqtisadiyyatdan topladığı xarici valyutanı yenidən iqtisadiyyata» qaytarmaqda görür, çünki bunun nəticəsində iqtisadi subyekt balanslarının valyuta strukturu dəyişir. Qurum ötən ilinəvvəlindən bəri xarici valyutada əmanətlərin (ABŞ dolları ilə ifadədə)40 faizdən çox artdığını və 5 milyard ABŞ dollarını ötdüyünü bildirir.

XS
SM
MD
LG