Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirilsə...


Astara Gömrüyü
Astara Gömrüyü

►Ekspertlər Azərbaycanda da Rusiyadakı dəyişikliyi təklif edirlər, ancaq başqa nazirliyin də adı çəkilir

Rusiyada Federal Gömrük Xidməti hökumətin tərkibindən çıxarılaraq Maliyyə Nazirliyinin idarəçiliyinə verilib. Rusiya prezidenti Vladimir Putin bu barədə sərəncam imzalayıb.

Mütəxəssislər hələ Rusiyadakı dəyişiklikdən öncə Azərbaycanda da eyni addımın atılmasını təklif ediblər. İndi məsələ daha da aktuallaşıb. Ölkə prezidentinin struktur islahatları aparılacağını söyləyəndən və bu istiqamətdə bəzi addımlar atılandan bəri gömrükdə də dəyişiklik olacağına ümid edilir.

Buna da bax: Böyründən su kəməri keçən, amma susuz qalan kənd

Prezident: “Bir-birini təkrarlayan və lazımsız dövlət qurumları...”

Prezident İlham Əliyev bu gün – yanvarın 18-də keçirdiyi, iqtisadi və sosial məsələlərin həllinə həsr olunmuş müşavirədə də struktur islahatlarına toxunub. Bu sahədə artıq bəlli addımların atıldığını söyləyən prezident onu da bildirib ki, bir-birini təkrarlayan və gərəksiz dövlət qurumları ya birləşdirilməli, ya da ləğv edilməlidir.

Bəs Gömrük Komitəsindən söhbət gedirsə, necə olacaq - ayrıca komitə kimi qalacaq, yoxsa hansısa nazirliyin tərkibinə veriləcək?

Nazim Məmmədov
Nazim Məmmədov

Nazim Məmmədov Gömrük Komitəsinin ləğvi təklifini ilk dilə gətirən iqtisadçılardan biridir. O, bir müddət öncə Rusiyada federal vergi xidmətinin, maliyyə nəzarəti orqanlarının və, xəzinadarlıq xidmətinin də Maliyyə Nazirliyinə birləşdirildiyini yada salır:

“Bu sərəncamla... müstəqil qurum olan gömrük xidməti, alkoqollu içkilərin ticarətini tənzimləyən xidmət, həmçinin pensiya fondu da Maliyyə Nazirliyinin tərkibinə verilir. Kreml dövlət idarəçiliyini təkmilləşdirmək və optimallaşdırmaq üçün hökumətin belə addım atdığınıı deyir”.

Buna da bax: Ilham Əliyev geniş özəlləşdirmə olacağına eyham vurdu

Nazim Məmmədovun fikrincə, vahid qurumdan yararlanaraq, vergi və rüsumların yığılmasında şəffaflığı təmin etmək olar:

“Keçid variant kimi Gömrük Komitəsinin vergi, rüsum, aksiz toplama funksiyası Vergilər Nazirliyinə verilməlidir. Təbii ki, həm vergini, həm də gömrüyü Maliyyə Nazirliyinin departamenti kimi də formalaşdırmaq olar”.

“Mahiyyət dəyişikliyi olmalıdır, ünvan dəyişikliyi yox”

Gömrüyün Vergilər Nazirliyinin tərkibində olmasına tərəfdaram... Amma bu, mahiyyət dəyişikliyi olmalıdır, ünvan dəyişikliyi yox.

Başqa bir iqtisadçının - Natiq Cəfərlinin fikrincə, problem təşkilatların adında deyil, vəzifəsini görüb-görməməsindədir:

“Gömrüyün Vergilər Nazirliyinin tərkibində olmasına tərəfdaram... Amma bu, mahiyyət dəyişikliyi olmalıdır, ünvan dəyişikliyi yox”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin araşdırmasında da Dövlət Gömrük Komitəsinin ləğvi və bu qurumun Vergilər Nazirliyinin tərkibində ayrıca idarə şəklində fəaliyyət göstərməsi tövsiyə olunur.

XS
SM
MD
LG