Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:40

Dünyada 197 milyon adam işsizdir


Qaradağda işsizlər
Qaradağda işsizlər

Dünyada 197,1 milyon adam işsizdir. Bunu Beynəlxalq Əmək Təşkilatı öz yeni hesabatında bildirir. 2016-cı ildə işsizlərin sayı 2,3 milyon artacaq və 199,4 milyona çatacaq.

2017-ci ildə təşkilatın ehtimalına görə, işsizlər yenə 1,1 milyon nəfər artmalıdır.

2015-ci ildə inkişaf etmiş ölkələrdə işsizlik 7,1 faizdən 6,7 faizə düşüb. Ancaq əvəzində Braziliyada, Rusiyada və Cənubi Afrikada işsizlik əhəmiyyətli artıb.

Çində işsizlik bu il 4,6 faizdən 4,7 faizə qalxmalıdır.

Yaponiyada işsizlik 3,3 faiz, ABŞ-da 5,3 faizdir və 4,7 faizə düşməlidir.

Avropa Birliyində işsizlik 9,4 faizdir və 2017-ci ilə 9,1 faizə enməlidir.

Azərbaycan barədə hesabatda heç nə deyilmir. Keçən iolin ortalarına olan rəsmi statistikanın təhlilinə görə, Azərbaycanda 236 min adam işsiz sayılır, bu da 5 faizdən aşağı olan işsizlik deməkdir. Ancaq Azərbaycanda müşahidəçilərin fikrincə, işsizliyin real səviyyəsi bundan xeyli çoxdur. Ətraflı burada: Azərbaycanda işsizlik düz ölçülmür

XS
SM
MD
LG