Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:29

Jurnalistə görə tutulanlar «kars»a salındılar


Rasim Əliyev
Rasim Əliyev

-

Jurnalist Rasim Əliyevin qətlində təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev cərimə kamerasına yerləşdirilib.

Bu barədə «Report»a S.Mustafayevin vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Vəkil fevralın 5-də 1 saylı Bakı İstintaq Təcridxanasında hüquqlarını müdafiə etdiyi şəxslə görüşdüyünü deyib:

«Həmin şəxslər fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdən sonra «kars»a salınıb».

Vəkil təqsirləndirilən şəxslərin cərimə kamerasına salınmasının Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə yaşanan münaqişə ilə izah edib. Vəkil cərimə kamerası qərarı ilə razılaşmadığını, bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyini söyləyib.

Qeyd edək ki, fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Əliyevin hüquqi varisinin müdafiəçisi Fariz Namazlının həkimlərin məhkəmədə ifadə vermələri barədə vəsatətinə baxılıb. Vəsatət təmin edilməyib. Həm R.Əliyevin valideynləri, həm də təqsirləndirilən şəxslərin yaxınları buna ciddi etiraz edib, məhkəmə zalında səs-küy yaranıb.

Məhkəmə zalında səs-küyün yatırılması üçün bibər qazından istifadə edildiyi deyilir.

XS
SM
MD
LG