Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:40

ANS Teleradio Şurasını yenə uddu


ANS
ANS

-

Fevralın 8-də Bakı Apellyasiya Məhkəməsi ANS-in Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha bir şikayətini təmin edib. Telekanalın apellyasiya məhkəmələrində teleradio sahəsini tənzimləyən dövlət qurumuna qarşı udduğu işlərin sayı artıq 12-yə çatıb.

ANSPress-in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi telekanalın Teleradio Şurasına qarşı şikayətinə Səbail məhkəməsində yenidən baxılmasına qərar verib.

Sözügedən iş Şuranın ANS-ə inzibati tənbeh (cərimə) tətbiq edilməsini nəzərdə tutan 2015-ci il oktyabrın 13-də verdiyi qərarı ilə bağlıdır. Telekanal 2015-ci ilin dekabrında Səbail məhkəməsinə iddiasında həmin qərarın ləğvini tələb etmiş, məhkəmə isə bunu əsassız sayıb rədd etmişdi.

__________________________________________________________

Bu videolara da bax:

__________________________________________________________

Yada salaq ki, Teleradio Şurası son 2 ildə ANS-in cəzalandırılmasını nəzərdə tutan 26-dan çox qərar qəbul edib. Telekanal həmin qərarların hamısını məhkəmə qaydasında mübahisələndirib. İlk mərhələdə Səbail məhkəməsi bütün iddiaları rədd edib. Ancaq Bakı Apellyasiya Məhkəməsi də telekanalın birinci instansiya məhkəməsinin qərarlarından şikayətlərinin hamısını təmin edib.

Ötən həftə Səbail məhkəməsi ANS-in 8 iddiasını təmin edərək, Teleradio Şurasının telekanal barəsindəki qərarlarına yenidən baxması haqda qərar verib.

_________________________________________________________

Bunlara da bax:

_________________________________________________________

XS
SM
MD
LG