Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:32

Taleh Bağırzadənin vəkili: “İşgəncə izləri itmədən...”


Tale Bağırzadə
Tale Bağırzadə

►Sorğulara cavab verilmir

“Müsəlman Birliyi Hərəkatı” təşkilatının rəhbəri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadəyə qarşı işgəncələr, onun hüquqlarının pozulması ilə bağlı məhkəmədən müvafiq qurumlara göndərilmiş sorğulara cavab verilməyib.

Bu barədə AzadlıqRadiosuna ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib.

“OBYEKTİV QƏRAR VERMƏK MÜMKÜN DEYİL”

Fevralın 9-da saat 16.00-da Nəsimi Rayon Məhkəməsində Taleh Bağırzadənin Daxilin İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qalması, müdafiə hüququnun pozulması, yaxınları ilə əlaqə saxlamağa imkan verilməməsilə bağlı şikayəti üzrə qapalı məhkəmə prosesi davam etdirilməli idi. Lakin məhkəmənin vaxtı bir saat irəli çəkilib.

Vəkil Cavad Cavadovun sözlərinə görə, hakim Babək Pənahov bildirib ki, verilən şikayətlə bağlı məhkəmənin müvafiq orqanlara göndərdiyi sorğulara cavab verilməyib:

“Hakim dedi ki, sorğulara cavab verilmədiyindən bu iş üzrə obyektiv qərar qəbul etmək mümkün deyil”.

Bu səbəbdən də məhkəmə prosesi fevralın 19-na təxirə salınıb.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“İŞGƏNCƏ İZLƏRİNİN İTMƏMƏSİ ÜÇÜN...”

Cavad Cavadov onu da qeyd edib ki, işgəncələrlə bağlı şikayətə təxirə salınmadan baxılmalıdır. Müdafiəçinin fikrincə, məhkəmənin bu cür davranışı bəri başdan qərarın obyektiv olacağına şübhə yaradır:

“Tutulan şəxsin işgəncəyə məruz qalmasına dair qaldırılan məsələ işgəncə izlərinin itməməsi üçün təxirə salınmadan araşdırılmalı, məhkəmə tibb ekspertizası təyin edilməlidir. Lakin bunların heç biri edilməyib. Belə vəziyyətdə ədalətli məhkəmə araşdırmasından söz gedə bilməz”.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Onun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 15-dən artıq maddəsilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun məlumatına görə, Taleh Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs olunub.

"Müsəlman Birliyi Hərəkatı" dövlət qeydiyyatına alınmayıb.

Tale Bağırzadə: "Bizi avtomatla qorxuda bilməzsiz"
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

XS
SM
MD
LG