Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:46

Nardaranda 28 nəfərə kompensasiya ödənilib


Nardarana giriş
Nardarana giriş

-

Bakının Nardaran qəsəbəsinin Abşeron küçəsində sökülən obyektlərə görə 28 nəfərə kompensasiya ödənilib.

«Report» bu xəbəri «Azəryolservis» ASC-nin mətbuat katibi Anar Nəcəfliyə isnadən yayıb.

Anar Nəcəfli deyib ki, hazırda həmin küçədə obyekti olan şəxslərə kompensasiyaların verilməsi davam edir. Mətbuat katibi həmçinin bildirib ki, qəsəbənin Nəsrulla Əsgərov küçəsində də siyahıyaalma və söküntü işləri aparılır.

Nardaranın Abşeron küçəsində siyahıyaalmada yolun tikintisinə düşən 96 təsərrüfat obyekti qeydə alınıb. Onlardan 21-i yaşayış evidir. Həmin obyektlərin 1 kv.m üçün 100-400 manat kompensasiya verilməsi nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.

Yada salaq ki, Nardaranda yerli sakinlər AzadlıqRadiosuna müsahibələrində indiyə kimi bəzilərinin kompensasiya almadıqlarını bildirirdilər.

XS
SM
MD
LG