Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Polisə işləyənlərə pul veriləcək


İllüstrasiya
İllüstrasiya

-

Prezident İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edilib.

Prezident Nazirlər Kabinetinə ictimai asayişin qorunmasına vətəndaşların cəlb edilməsi ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etməyi tapşırıb.

Daxili İşlər Nazirliyi isə fərmana uyğun olaraq, vətəndaşları ictimai asayişin qorunmasına cəlb etmək üçün tədbirlər görməlidir.

Polislə əməkdaşlıq edənlərin təminatı...

Fərmana əsasən, polis orqanları ilə əməkdaşlıq edən şəxslərə DİN-in mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil ediləcək. Habelə, daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük veriləcək.

Polislə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən az , 24-dən çox olmayan vətəndaşlar könüllülük əsasında cəlb edilə biləcəklər. Əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla və alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslər əməkdaşlığa cəlb edilməyəcəklər. Eyni zamanda fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər istisina təşkil edəcək.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Onlardan icazəsiz aksiyaların yatırılmasında istifadə ediləcəkmi?.

Polis orqanları ilə vətəndaşların əməkdaşlığı müxtəlif formalarda ola biləcək. Onlar birlikdə ictimai asayişin qorunması ilə bağlı hüquqa zidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı tələb irəli sürə biləcəklər.

Onlar insanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükənin aradan qaldırılması, ictimai asayişin pozulması barədə dəqiq məlumat toplayıb polis orqanlarına təqdim edəcəklər. Onların ictimai asayişin qorunması sahəsində polis orqanlarının tədbirlərində iştirak etmək haqqı da olacaq.

Polis orqanları ilə əməkdaşlıq edəcək şəxslər fəaliyyətə başlamazdan əvvəl Daxili İşlər Nazirliyinin müəyyən etdiyi qaydada müvafiq hazırlıq prosedurundan keçəcəklər. Onların fəaliyyəti dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.

Polis orqanları ilə əməkdaşlıq edən şəxslərlə münasibətlər müqavilə ilə tənzimlənəcək.

Bəzi ekspertlər düşünür ki, polis onlardan icazəsiz aksiyanın yatırılması üçün istifadə edə biləcəklər.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından izləyin

XS
SM
MD
LG