Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Erməni postlarıyla əhatələnmiş kənddə yaşayanlar rüşvətdən gileylənirlər


Yuva... Cəbhə kəndindən reportaj
Gözlə

No media source currently available

0:00 0:08:41 0:00

Yuva...

►“İcra hakimiyyəti nə mənə, nə də mənim vəziyyətimdə olan başqa kənd sakinlərinə kömək eləmir”.

76 yaşlı Ceyran Səlimova Qazaxın sərhəd kəndlərindən olan Quşçu Ayrımda yaşayır. İki oğlu müharibədə həlak olub. İmkansızlıqdan 20 ildir ki, güllə yağışındqan qoruya bilmədiyi evini təmir etdirə bilmir. Deyir, yayda tozu-torpağı, qışda qarı-yağışı evə dolduran deşiklərə yamaq vurmaqdan bezib:

“Kim bir az “hörmət” eləyir, ona kömək olunur. Mənim “hörmət” eləmək imkanım yoxdu. Hörmət elədim, iki oğlumu torpağa verdim. Gəlin, şəhid ailəsinin yaşadığı şəraiti görün… Qaldığım yer quş damından fərqlənmir”.

“GÜLLƏBARANIN ALTINDA YAŞAYIRIQ”

Bu kənd Ermənistanla sərhəddə yerləşir. Üç tərəfdən ermənilərin döyüş mövqeləri ilə əhatə olunub. Kəndi rayon mərkəzi ilə birləşdirən yeganə yol erməni postlarının qarşısından keçir. Ceyran nənə deyir, adı atəşkəs olsa da, kənd tez-tez atəşə tutulur:

“Kəndin bir tərəfi o vaxt ermənilərin nəzarətinə keçmişdi, sonra bizimkilər döyüşüb geri aldılar. Deməyim odur ki, bala, biz gülləbaranın altında yaşayırıq. İki il əvvəl kəndi yenə güllə yağışına tutmuşdular. Ancaq heç yerə tərpənmədik. Tərpənmək fikrimiz də yoxdur. Ancaq, bala, heç olmasa, bizi də vətəndaş yerinə qoysunlar. Bu boyda hökumət üçün kiçik bir kəndin sosial problemlərini həll etmək su içimi kimi bir şeydir”.

Nənə deyir, hər atışma zamanı evlər silkələnir, qəzalı vəziyyətə düşür, divarlar aralanır. Elə evlər var ki, şiferləri deşik-deşikdir. Ev sahibi icra hakimiyyətinə xeyli ayaq döyəndən sonra 5 ədəd şifer, 5 ədəd taxta verirlər, ancaq usta ilə təmin etmirlər. Ustanınsa xərci materialın xərcindən baha oturur:

“Dəlmə-deşik şiferlərdən evlərə axan yağıntı suları tavanı, döşəmələri çürüdüb. Sınıq pəncərələrdən evlərə vuran yağış çox evin divarlarındakı suvağı yuyub aparıb”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

350 EVDƏN BİR NEÇƏSİ TƏMİR OLUNUB

Kənd sakini Nuru Hacıyev Rusiyada yaşayıb. “20 yanvar” hadisələrindən sonra Azərbaycana qayıdıb. Qarabağ müharibəsinə qatılıb. İkinci qrup əlildir. Deyir, müharibənin alovundan çıxmış, hər anı ölümün gözlərinə baxmaqla keçən quşçuayrımlıların ən çox ehtiyac duyduğu məsələ illərlə ermənilərin açdığı atəşdən yararsız hala salınan evlərinin təmiridir. İyirmi il ərzində yaşanmaz hala düşən evlər uçub dağılıb. Vaxtilə güllə yağışının altında qalan sakinlərin bir qismi evlərini tərk ediblər. Qalan kənd sakinlərinin əksəriyyətinin evi başlarına uçmaq üzrədir.

Sakinlərin deməsinə görə, burada yaşayan sakinlərin çoxu evlərinin təmiri ilə bağlı prezidentə müraciət göndəriblər. Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyindən gələrək evlərə baxış da keçiriblər. İcra başçısı evlərin təmirinə göstəriş versə də, 350 evin cəmi bir neçəsi təmir olunub. Kənd sakini Mehri Namazova:

“Dam örtüyünün milləri yağış vurduğundan ucdan çürüyüb. Bir gün tavan çökəcək. Heç yerdən köməyim yoxdur”.

ATIŞMA ZAMANI DAĞ YOLU

Sakinlər hələ də əsas problemlərinin su və yol olduqlarını deyirlər. Bu problemlər də onların təhlükəsizlikləri ilə birbaşa bağlıdır. Onlar əsas magistral yolun Ermənistan ordusunun postlarının qarşısından keçdiyini və atışma vaxtı oradan keçə bilmədiklərini deyirlər. Kənd sakinləri bildirirlər ki, atışma olduqda məcbur olub dağ yolu ilə hərəkət edirlər. O yola da maşınları tab gətirmir. Dəfələrlə aidiyyəti orqanlara bu problemi desələr də, heç bir nəticə olmur.

İcra nümayəndəsi Elman Nəsibov deyir, kənddə abadlıq işləri görülür. Sıradan çıxmış evlər mərhələ-mərhələ, növbəli qaydada təmir olunur. İcra nümayəndəsinin sözlərinə görə, sakinlər, az qala, mənzillərində sındırdıqları pəncərə şüşəsini də icra hakimiyyətinə düzəltdirmək istəyirlər. Bu isə mümkün deyil. Qurum yalnız atəşkəsin pozulması nəticəsində yararsız vəziyyətə düşən evləri təmir edir.

Bir də, Quşçu Ayrım sakinləri kənddə örüş sahəsinin azlığı ucbatından heyvandarlıqla məşğul ola bilmədiklərini deyirlər. Onlar ailələrin çoxunun ünvanlı sosial yardım da ala bilmədiyini söyləyirlər. Kəndin gənc nəsli başqa rayonlara kəklikotu aparıb satır, çörəkpulu edib geri qayıdırlar.

Buna da bax: Brüssel metrosundan sərnişinlərin təxliyyəsi

Brüssel metrosundan sərnişinlərin təxliyyəsi
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

XS
SM
MD
LG