Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:31

İlham Əliyev məmurların sayını azaltmağa məcburdur


Azerbaijan -- President Ilham Aliyev meets residents of Yevlakh district, 07Oct2012
Azerbaijan -- President Ilham Aliyev meets residents of Yevlakh district, 07Oct2012

►Erkin Qədirli: “Yerli səviyyəli məsələlər yerli seçkili hakimiyyətlərə həvalə edilməlidir”

Təhsil Nazirliyindən sonra Mədəniyyət və Turizm Nazirliyində də regional idarələrin yaradılması barədə qərar verilib

İqtisadi böhran hökuməti struktur islahatlarına məcbur edir. Regional idarələrin yaradılması təkcə mərkəzdə deyil, yerlərdə də dövlət qurumlarına “əl gəzdirildiyini” göstərir. Artıq Mədəniyyət və Turizm Nazirliyində də belə idarələr formalaşdırılır.

Prezident İlham Əliyevin 29 mart sərəncamı ayrı-ayrı rayonlardakı mədəniyyət və turizm idarə və şöbələrinin vahid bir mərkəzdə cəmləşdirilməsinə yol açır.

Məsələn, Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi yaradılır.

Təhsildə regional idarəetmə hələ də reallaşmayıb

Bu, hökumətin ilk cəhdi deyil. Daha öncə Təhsil Nazirliyində də struktur dəyişiklikləri aparmağa qğrar verilib. İcrası, hələlik, gerçəkləşməsə də, prezident 2014-cü il iyulun 24-də həmin nazirliyin yenilənməsinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, 2015-ci il yanvarın 1-dən rayon təhsil şöbələrinin bazasında Artıq ötən il yanvarın 1-dən Təhsil Nazirliyinin 15 regional qurumu (Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri) fəaliyyətə başlamalı idi.

Şişirdilmiş dövlət aparatı həmişə tənqid olunub. Söhbət həm səlahiyyətləri təkrarlanan dövlət qurumlarından, həm də, sadəcə, əməkhaqqına qol çəkən məmurlardan gedir.

“Mərkəzi hakimiyyət yerli hakimiyyətdən ayrılmalıdır”

Natiq Cəfərli
Natiq Cəfərli

Respublikaçı Alternativ (REAL) Hərəkatı regional idarəçiliyi bəyənən və hətta fəaliyyət proqramına salan qurumlardan biridir. Təşkilatın icraçı katibi Natiq Cəfərli regional idarələrin yaradılmasını pozitiv addım sayır:

“Biz, REAL olaraq, azı, 3 il öncədən təklif etmişdik. Üstəlik, bunu bütün idarəçilik islahatlarının tərkib hissəsi kimi düşünürük”.

REAL İdarə Heyətinin üzvü Erkin Qədirli mərkəzi hakimiyyətin yerli hakimiyyətdən ayrılmasını qaçılmaz hesab edir:

“Dövlətin ədalətli, səmərəli və dayanıqlı olması üçün hakimiyyətin şaquli bölgüsü vacibdir. Mərkəzi hakimiyyətin səlahiyyətləri milli səviyyəli və beynəlxalq əhəmiyyətli məsələlərə aid olunmalıdır. Yerli səviyyəli məsələlər yerli seçkili hakimiyyətlərə həvalə edilməlidir. Səlahiyyət mübahisələri, ehtiyatların kəskin çatışmazlığı, maliyyə böhranı, fövqəladə vəziyyət və ya müharibə hallarında mərkəzi hakimiyyət öz təşəbbüsü və ya yerli hakimiyyətlərin müraciəti əsasında yerli hakimiyyətlərin işlərinə müdaxilə edə bilər».

E.Qədirlinin fikrincə, milli əhəmiyyətli layihələri çıxmaqla, kommunal xidmətlər, yerli təsərrüfat, bölgə mədəniyyəti, şəhər və kənd tikintisi, turizm və əyləncə, yerli əhəmiyyətli yol, ictimai nəqliyyat və digər altyapı məsələləri yerli hakimiyyətlərin yetkisinə verilməlidir.

XS
SM
MD
LG