Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:52

Erməni ekspert: "Azərbaycanın yeni hücumu zaman məsələsidir"


Richard Giragosian
Richard Giragosian

►"Atəşkəs rejimi çöküb"

Ermənistandakı Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Richard Giragosian deyir ki, "Azərbaycanın son hücumu nəticəsində atəşkəs rejimi çöküb və demək olar ki, başa çatıb."

O vurğulayıb ki, bu vəziyyətdə erməni tərəfi Azərbaycan tərəfinin yeni hücumuna hazır olmalıdır.

"Səmimi olmaq lazımdır: danışıqlar prosesi demək olar ki, ölüdür və əslində biz Azərbaycan tərəfindən yeni hücumlara hazır olmalıyıq ki, bu da zaman məsələsidir. Söhbət Azərbaycanın hücum edib-etməyəcəyindən getmir. Söhbət bunun nə zaman baş verəcəyindən gedir," - Giragosian Azadlıq Radiosunun erməni xidmətinə deyib.

Ekspertin deyir ki, Azərbaycana istər iki həftədən, istərsə də iki aydan sonra yenidən silahlanaraq hücumları bərpa etməyə heç nə mane olmur. Onun fikrincə, indi Azərbaycanın yeni strategiyası var:

"Azərbaycanın yeni strategiyası ölüm saçır və ağılsızdır. Bu strategiyanın köməyilə o, status-kvonun özünü şübhə altına almaqdansa status-kvonun xəritəsini dəyişmək üçün yeni ərazilər tutmağa və onlarda möhkəmlənməyə can atır," - deyə təhlilçi qeyd edib.

Onun sözlərinə görə, bu şəraitdə Ermənistan və Qarabağın gücləndirilməsinə yönəlmiş daxili dəyişikliklər çox vacibdir. "Hazırkı hərbi güc və müdafiə üstünlüklərinə baxmayaraq Ermənistan və Qarabağda demokratiya və iqtisadiyyatın gücləndirilməsi üçün ...bir çox məqamlarda dəyişikliyin vaxtı çatıb. İndi bu, real və əsas məsələdir - dövlət strukturları, rəhbərlər və hökumət öz şəxsi maraqlarının yerinə milli maraqları güdməlidirlər," deyə Richard Giragisian bildirib.

___________________________________________________________

Bunlara da bax:
Astara qəbiristanlığında başdaşılar sındırılıb
Azərbaycan ABŞ insan haqları hesabatında tənqid edilir

___________________________________________________________

Ölkəsinin Rusiya ilə münasibətlərinə toxunan ekspert qeyd edib ki, Ermənistanla Rusiya arasındakı "strateji nikah" artıq "ailə zorakılığı"na çevrilib və Rusiyanın Ermənistana qarşı qeyri-bərabər və hakim münasibəti artıq çox aydın görünür.

"İndi ...ənənəvi Azərbaycan-Türkiyə münasibətləri Moskva ilə Bakı arasında əməkdaşlıqdan daha zəif görünür və daha az narahatedicidir. ...Rusiyanın bu son toqquşmaların qızışdırılmasında hansı rolu oynadığı da aydın deyil. Bununla yanaşı aydın görünür ki, Azərbaycan Moskvanın onun hərəkətlərinə "yaşıl işıq" yandırdığını düşünürdü," - deyə Giragosian qeyd edib.

Azərbaycan tərəfi son toqquşmalara Ermənistanın atəşkəsi pozmasının səbəb olduğunu bildirir. Yalnız "təxribata cavab verdiyini" deyir.

Buna da bax: Ermənilər Azərbaycana görə Rusiyaya etiraz edir

Ermənilər Azərbaycana görə Rusiyaya etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

XS
SM
MD
LG