Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:47

İnanılmaz: 30 km məsafə maaşda 5 dəfə fərq yaradır


►DSK- nın məlumatından belə çıxır ki, Sumqayıtdakı inşaatçıya 211, Bakıda çalışana 1070 manat əməkhaqqı hesablanıb

Dövlət Statistika Komitəsi (DSK) mart ayında inşaat sektorunda çalışanlara ötən illə müqayisədə 27 faiz çox – 842 manat 50 qəpik əməkhaqqı verildiyini bildirib.

Ortalama rəqəmin necə hesablanması bir yana, amma bu, əslində, təkbaşına bir toyuq yeyən varlının ac yatan kasıb qonşusu ilə, orta hesabla, hərəyə toyuğın yarısını yeməsi məsəlini xatırladır.

Axı, ölkənin bəzi bölgələrində bənnaçı da, suvaqçı da tikintidə çalışır, səhər-axşam daş üstə daş qoyur, di gəl, deyilən maaşın heç yarısının yarısını almır. Bunu hökumətin özündə də təsdiqləyirlər.

Hanı 842 manat 50 qəpik?

Hərçənd, statistikayla mübahisə edilməz. Məsələn, Abşeron rayonunda dövlət sektorunda və özəl şirkətlərdə işləyib, maaş cədvəlinə qol çəkən 2 min 294 nəfər inşaatçı var. DSK-nın məlumatına görə, mart ayında onlara, orta hesabla, 211 manat 50 qəpik maaş hesablanıb. Son bir ildə bu rayonda tikintidə çalışanların maaşını 45 faiz azaldıblar.

Sumqayıtda isə mindən çox inşaatçı var. Onlar martda, vur-tut, 225 manat 10 qəpiyə qol çəkiblər.

Bəzi rayonlarda (Sabirabad, Göyçay, Oğuz, Gəncənin Nizami rayonu) tikintidə maaş 200 manatdan da azdır.

____________________________________________________________

Bunlara da bax:
Savçenko Vətənə döndü
London Azərbaycan kleptokratiyasına necə kömək edir

____________________________________________________________

Bu da var ki...

Bu rəqəmlər, yəni maaşların azlığı, haqlı olaraq, şübhə doğura bilər. Vergilər Nazirliyi çalışanları sayca çoxaldıb, vergidən və dövlət sosial sığorta ayırmalarından yayınmaq məqsədilə maaşları süni surətdə azaldanlarla mübarizə aparıldığını iddia etsə də, görünür, hələ elə bir uğur qazanmaıb.

Bunu adi bir müqayisə də təsdiqləyir: Bakıda tikintidə işləyənlərin orta əməkhaqqı 1070 manatdır. Şəhərin bəzi rayonlarında (Qaradağ, Xətai, Səbail və Pirallahı) bu göstərici 1200-dən 1900 manatadək dəyişir. Bakı ilə Sumqayıt arasındakı məsafə 30 kilometr, maaş arasındakı fərq - azı, 4 dəfədir.

Naxçıvanda inşaatçıların sayı artıb?

DSK-nın məlumatına görə, ölkədə tikinti sektorunda çalışan 90 min 500 nəfərin 57 min 500-ü Bakıda, təxminən 17 mini Naxçıvandadır. Başqa sözlə, hər 5 inşaatçının

biri Naxçıvandadır. Ötən illə müqayisədə ölkə üzrə tikintidə çalışanların sayı 8,5 faiz azalıbsa, muxtar respublikada onların sayı 2,9 faiz artıb.

Maaş artımı indeksasiyadan doğur

O da diqqəti çəkir ki, xarici sərmayənin təmsil olunduğu tikinti şirkətlərində təxminən dövlət sektorunda çalışanlar sayda – 24 min nəfərdən çox adam çalışır. Maaşlarsa müxtəlifdir. Dövlət müəssisələrində işləyənlərə, orta hesabla, 534 manat, xarici kapilatın iştirakı ilə yaradılan şirkətlərdə isə 1773 manat əməkhaqqı hesablanır. Tikintidə çalışanların orta aylıq əməkhaqqında qeydə alımış artım, əslində, xarici tikinti şirkətlərində işləyənlərin maaşının indeksasiyasından doğur. Başqa sözlə, dollarla hesablanan maaş dəyərsizləşən manatla artmış kimi görünür.

XS
SM
MD
LG