Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:22

Beynəlxalq Bank ili zərərlə başa vurub


ABB
ABB

-

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2015-ci ili 823.6 milyon manatlıq zərərlə başa vurub. Bank 2014-cü ili 14 milyon 363 min manat mənfəətlə başa vurmuşdu.

«Report» banka istinadən xəbər verir ki, ötən il ABB-nin faiz gəliri 8.26% azalaraq 606 milyon 716 min manat təşkil edib. Faiz xərcləri isə 30.77% artaraq 490 milyon 65 min manata çatıb. Nəticədə bankın faiz mənfəəti 116 milyon 651 min manat təşkil edib ki, bu da illik müqayisədə 59.3% azalma deməkdir.

ABB-nin aktivləri illik müqayisədə 48.5% artaraq 2016-cı il yanvarın 1-nə 13 milyard 657 milyon 275 min manata çatıb. Aktivlərin tərkibində müştərilərə verilmiş kreditlərin həcmi 5 milyard 635 milyon 583 min manat təşkil edib. Bu da, öz növbəsində, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 28.3% azdır.

2015-ci ildə ABB-də «kredit qalmaqalı» yaşandı. Belə ki, 100 milyonlarla kreditlər biznes və s. adlarla verilsə də, qaytarılması təmin edilə bilmədi. 2015-ci ilin mayından etibarən kredit borcu olanların ölkədən çıxışlarına qadağa qoyuldu. Keçən ilin əvvəlində bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev vəzifəsindən istefa verdi və daha sonra həbs edildi.

XS
SM
MD
LG