Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:22

Cavid Hüseynov bəraət istəyir


Cavid Hüseynov
Cavid Hüseynov

-

Jurnalist Rasim Əliyevin döyülüb ölməsi işi üzrə həbs edilən «Qəbələ» futbol klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bunu AzadlıqRadiosuna C.Hüseynovun vəkili Adəm Məmmədov bildirib.

A.Məmmədov Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətdə C.Hüseynov barəsində bəraət hökmü çıxarılmasının istəndiyini söyləyib. O, işə bu yaxınlarda baxılacağını düşünür.

Vəkilin fikrincə, C.Hüseynovun əməlində cinayət tərkibi yoxdur: «O, Rasim Əliyevin döyüldüyünü bilməyib, hadisəni bildikdən sonra bunu edən bibisi oğluna zəng edərək polisə təslim olmasını tələb edib. Buna görə deyirəm ki, bu məsələdə Cavid hər hansı cinayətə yol verməyib».

Jurnalist Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. O, həmin gün xəstəxanaya yerləşdirilib, avqustun 9-da Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Jurnalistin Facebook səhifəsində Cavid Hüseynovu oyunların birində qol vurduqdan sonra etdiyi əl hərəkətinə görə tənqid etmişdi. Bundan sonra R.Əliyevlə futbolçu arasında telefon danışığı olub. Ancaq futbolçu deyir ki, R.Əliyevin döyülməsini sifariş verməyib.

Bu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu işdə günahlandırılan E.İsmayılova 13, A.Əliyevə 12 il 6 ay, C.Məmmədova 11 il, S.Mustafayev və K.Mədətova isə 9 il həbs cəzası verilib.

C.Hüseynovun məhkəməsi ayrılıqda keçirilib. Bu il mayın 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə o, 4 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG