Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:21

Britaniyanın çıxmağı bilinən kimi neft kəskin düşdü


Cameron deyir ki, istefa verir
Cameron deyir ki, istefa verir

Britaniyanın Avropa Birliyindən çıxmağa səs verməsinin ilkin nəticıəsi bilinən kimi neftin qiyməti 3 faiz düşüb. Brent markalı neftin bir barrelinin qiyməti 49,35 dollar olub.

Britaniyanın Telegrah qəzeti yazır ki, referendumun yekun nəticıəsində çıxmağa 51,9 faiz səs verilib.

Funt sterlinq dollara nisbətdə 10 faiz düşüb. Yekun nəticələrə görə, dünyanın maliyyə mərkəzi Londonda 75 faiz qalmağa səs verib.

Baş nazir Cameron istefa verəcəyini elan edib. O deyib ki, "ölkəni növbəti dayanacağa aparmağın kapitanı başqası olsa, daha düzgün olar". Ancaq bildirib ki, sabitlik naminə hələ 3 ay baş nazir vəzifəsini icra edəcək.

Referendum diğər problemlərin yenidən gündəmə gəlməsinə təkan verir.

Şotlandiyada, Uelsdə əksəriyyət Avropa Birliyində qalmağa səs verib. Şotlandiya yenidən Britaniyadan çıxma məsələsinə baxa bilər. Şimali İrlandiyanın ən böyük millətçi partiyası isə bildirir ki, indi iki İrlandiyanın birləşməsi məsələsini qaldırmaq olar.

Niderlandda sağların lideri Vilders deyib ki, Noderlandın da Avropa Birliyindən çıxması haqda referendum keçirmək lazımdır.

Fransada sağçı lider Le Pen isə bildirib ki, Britaniyada Brexit keçirildiyi kimi Fransada da Frexit keçirilməlidir.

XS
SM
MD
LG